')

Bu gün:


FutbolPress.Az | "NEFTÇİ"DƏ FACİƏ! (YENİLƏNİB)

"NEFTÇİ"DƏ FACİƏ! (YENİLƏNİB)


oxunma sayı: 806 Paylaş:

Klubun rəsmi şəxslərinin olduğu avtomobil qəzaya uğrayıb: iki ölü, iki yaralı

"Karvan"la səfər oyunundan qayıdanda "Neftçi" futbol klubunda bədbəxt hadisə baş verib. Komandanın rəsmilərinin olduğu avtomobil Bakı-Şamaxı yolunun 60-cı kilometrliyində, "Ağsu perevalı" adlanan yerdə qəzaya uğrayıb. Bu barədə daha geniş məlumat almaq üçün klubun vitse-prezidenti Tahir Süleymnovla əlaqə saxladıq.

Süleymanov faktı təsdiqlədi, ancaq geniş məlumat verməyə imkan yox idi.

Əldə etdiyimiz ilkin məlumata görə hadisə nəticəsində klubun iki işçisi dünyasını dəyişib. Bunlar İctimaiyyətlə Əlaqələr Departamentinin əməkdaşı Alim Məmmədov və Kadrlar şöbəsinin müdiri Vahid Həmidovdu.

İki nəfər isə ağır yaralıdı. Yaralılar "Hyundai Sonata" avtomobilinin sürücüsü Mübariz Xudiyev və kubun operatoru Dadaş Zeynalovdu.

Onlar artıq Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıblar və reanimasiya şöbəsinə yerləşdiriliblər. Qəzada huşunu itirən yaralıların vəziyyəti müayinədən sonra kafi qiymətləndirilir. Artıq ünsiyyət qura bilirlər.

Yeni məlumata görə, avtomobil dərəyə yuvarlanıb, sonra qayaya çırpılıb.

Əldə etdiyimiz yeni məlumata görə, klubun prezidenti artıq xəstəxanaya gəlib və yaralılara baş çəkib.

Bədbəxt hadisəylə əlaqədar "Neftçi" rəhbərliyi və klub heyətinə, vəfat edənlərin yaxınlarına Allahdan səbr, yaralılara şəfa diləyirik.


oxunma sayı: 806 | Paylaş:




?>