')

Bu gün:


FutbolPress.Az | VANKUVERDƏN QARA XƏBƏR

VANKUVERDƏN QARA XƏBƏR


oxunma sayı: 529 Paylaş:

Kanadanın Vankuver şəhərində dünən startı verilən 2010-cu il Qış Olimpiya Oyunlarından qara xəbər gəlib. Kirşəçi Nodar Kumaritaşvili Uistlerdəki məşqdə həyatını itirib.

Saatda 148 km sürətlə hərəkət edən idmançının xizəyi dəmir baryerə çırpılıb. Nəticədə xizəkdən kənara düşən 21 yaşlı idmançı yarışlar başlamadan ömrünü başa vurub. Hadisə əsnasında huşsuz olan Nodar dərhal xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyib.

Bu olay qalmaqala səbəb olub. Beynəlxalq Kirşə İdman Federasiyası bəyan edib ki, həmin buz yol səhv layihələndirilib. Yolda maksimum sürətinə 137 kilometr olması nəzərdə tutulub, ancaq reallıqda həmin yolda hərəkət edən kirşənin sürəti 157 kilometrə çatır.


oxunma sayı: 529 | Paylaş:




?>