')

Bu gün:


FutbolPress.Az | İSTANBULDA UĞURLU START

İSTANBULDA UĞURLU START


oxunma sayı: 405 Paylaş:

İstanbulda Yaşar Doğunun xatirəsinə həsr olunmuş sərbəst və qadın güləşi üzrə 38-ci beynəlxalq turnir start götürüb. Yarışa qatılan Azərbaycan güləşçiləri turnirin ilk günü 3 qızıl və 1 bürünc medal qazanıblar.

İlk günü qadın güləşçilər 48, 59 və 72 kq çəki dərəcələrində yarışıblar. Qadınların yarışında Danimarkada keçirilən dünya çempionatının gümüş mükafatçısı Sona Əhmədli (59 kq) və Dina İvanova (72 kq) müvafiq olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Dünya çempionu Yuliya Radkeviç isə 3-cü yer uğrunda Bolqarıstan idmançısına məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Kişilər arasında 55 və 74 kq çəki dərəcəsində gərgin keçən mübarizədə Mahmud Maqomedov (55 kq) bütün rəqiblərindən üstün olub. 74 kq çəki dərəcəsində təmsilçimiz Çamsulvara Çamsulvarayev isə 3-cü yer uğrunda görüşdə yerli türk pəhləvanına qalib gəlib və bürünc medala sahib olub.


oxunma sayı: 405 | Paylaş:




?>