')

Bu gün:


FutbolPress.Az | "TEREK"Ə AZƏRBAYCANLI MALİYYƏSİ

"TEREK"Ə AZƏRBAYCANLI MALİYYƏSİ


oxunma sayı: 522 Paylaş:

Telman İsmayılovun futbola yatırımı genişlənir

Azərbaycanlı iş adamı, AST Şirkətlər Qrupunun prezidenti Telman İsmayılov futboldakı payını da getdikcə artırır. Belə ki, İsmayılov bundan sonra Rusiyanın "Terek" klubunu maliyyələşdirəcək. Bu barədə klubun vitse-prezidenti Heydər Alxanov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Alxanov bildirib ki, azərbaycanlı biznesmenlə yanaşı, "ZATO-Bank" da kluba maliyyə ayıracaq: "Komandaya spornsorluqla bağlı Telman İsmayılovla bu yaxınlarda razılıq əldə olunub.

"ZATO-Bank"la danışıqlara gəlincə, bu məsələdə klubun rəhbəri Ramzan Kadırovun vasitəçiliyi böyük rol oynayıb. İki sponsorun ayıracağı vəsait klubun mövsümün sonunadək maddi problemlərini tamamilə həll etməsinə bəs edəcək".

Bu, İsmayılovun futbola ilk yatırımı deyil. İş adamı Türkiyənin "Antalyaspor" klubunu da maliyyələşdirir. Bundan başqa məlumatlara görə şəxsi biznesi milyardla ölçülən İsmayılovun Azərbaycan futbolunda da pay sahibi olacağı planda var.


oxunma sayı: 522 | Paylaş:




?>