')

Bu gün:


FutbolPress.Az | DƏMƏ QOYULAN "EKSKLÜZİV"...

DƏMƏ QOYULAN "EKSKLÜZİV"...


oxunma sayı: 731 Paylaş:

 

Virtual məkanda Azərbaycana aid 14 idman saytı fəaliyyətdədi. Onlardan biri də qol.az-dı. Yarandığı vaxtdan minlərlə xəbər "ixrac" edən bu saytın mahiyyəti adı kimi, "defisitdi". Bu uşaqlar hələ anlamayıblar ki, bizim ölkədə qol heç vaxt olmayıb. Və ya həmişə onun həsrətində olmuşuq. Olanda da özümüz öz qapımıza vurmuşuq və s.

Bax, beləcə, çox lazımlı, gərəkli bir ad daşıyır bu sayt. Amma "həftə səkkiz, mən doqquz" gərəksiz şeylərlə məşğul olduğu da gün kimi aydındı. Dünən də həmin bu gərəksiz işlərdən birini gerçəkləşdirməyi lazım biliblər ("qol.az"fason cümlə). Yazıblar ki, "Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov Hollandiyanın «Tvente» klubunun düşərgəsinə qoşulduqdan sonra Azərbaycan mətbuatında ilk müsahibəsini Qol.Az saytına verib". (http://qol.az/new/?name=xeber&news_id=9900) Amma Pelenin vurduğu 1128 qolun bərəkəti haqqı, belə deyil! Bu oğlan ilk dəfə 5 gün əvvəl futbolpress.az saytına müsahibə verib, hələ üstəlik, üstünə qar da yağıb (http://www.futbolpress.az/az/news-details/924/).

İndi belə bir məqamda ölkəmizdə "qəzet nə olan şeydi???" kimi yekə bir sual qarşısında qəzetçilik salnaməsini cavab kimi qoyan Rəşad Məcidin "sportivni" kollektivinə" necə hörmətlə yanaşasan..?
Nəysə, bu dəfə məsələni zarafata çevirdik, amma növbəti kərə çevirmək-zad olmayacaq. Sizin o Vaqifinizdə də eksklüzivlik heç nə olmadığı üçün biz həmin müsahibəni oxucuya "eksklüziv" adıyla sırımadıq.

Əsli.. Kərəmə, kopyası Bağırov Aydına, bir nüsxəsi də (avto)qol.az saytına...


oxunma sayı: 731 | Paylaş:




?>