')

Bu gün:


FutbolPress.Az | UEFA-nın TÜRKİYƏYƏ NAXÇIVAN "HƏDİYYƏSİ" (FOTOLAR)

UEFA-nın TÜRKİYƏYƏ NAXÇIVAN "HƏDİYYƏSİ" (FOTOLAR)


oxunma sayı: 665 Paylaş:

 

Daha bir beynəlxalq qurum Azərbaycan ərazisini xəritədə tanımadığını büruzə verib.

Bu dəfə "xəritə böhranı" UEFA-nı cənginə alıb. Belə ki, qurumun rəsmi saytında Türkiyə futbolu haqda dərc olunan xəbərdəki fotolarda Azərbaycan ərazisi olan Naxçıvan Muxtar Respublikası Türkiyə ərazisi kimi göstərilib.

Bu barədə AFFA da xəbərdardı və federasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən bildirilib ki, UEFA-ya yanlışlıqla bağlı şikayət məktubu ünvanlanacaq.

Adətən, Azərbaycanın və ya Türkiyənin ərazisini başqa ölkənin ərazisinə calayardılar, indi əksinədi, bu iki ölkəni birdən atdılar "işə"...


oxunma sayı: 665 | Paylaş:




?>