')

Bu gün:


FutbolPress.Az | CÜDOÇULARIMIZIN UĞURSUZ STARTI

CÜDOÇULARIMIZIN UĞURSUZ STARTI


oxunma sayı: 348 Paylaş:

Parisdə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinin ilk günündə Azərbaycan yığmasının 3 üzvü qüvvəsini sınayıb. Ancaq təəssüf ki, hər üç təmsilçimiz medal qazana bilməyib.

66 kq-da Sərxan Əhmədov və Tərlan Kərimov 1/8 finalda mübarizəni dayandırıblar. Qadınların arasında yeganə təmsilçimiz Ramilə Usubova isə (63 kq) elə ilk görüşdəcə yerli idmançı Klariss Aqbeqnenounun ippon fəndindən yaxa qurtara bilməyib.

Sabah qalan 4 cüdoçumuz Ramin Qurbanov, Elxan Rəcəbli (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq) və Elmar Qasımov (100 kq) qüvvəsinı sınayacaq.


oxunma sayı: 348 | Paylaş:




?>