')

Bu gün:


FutbolPress.Az | JABANIN BRAZİLİYA MİLLİSİNDƏN "BAKI"YA QƏDƏRKİ YOLU (YAZI)

JABANIN BRAZİLİYA MİLLİSİNDƏN "BAKI"YA QƏDƏRKİ YOLU (YAZI)


oxunma sayı: 950 Paylaş:

Kakanın kapitanı, "İlin ən yaxşı gənc oyunçusu" və s.

Azərbaycana gələn məşhur legionerlərdən biri də Silvinyo Joao de Karvalyodu (Jaba). 2009-cu ildə Türkiyənin "Ankaragücü" klubundan "Bakı"ya transfer olunan bəstəboy "sambaçı" Azərbaycan çempionatında bombardir keyfiyətləriylə fərqlənən hücumçulardandı. 

Ötən mövsümün gedişində paytaxt klubuna yeni təyin olunmuş baş məşqçi Aleksandr Starkov bir müddət sonra Jabanı heyətdən uzaqlaşdırdı. Sonra onun başqa problem üzündən ümumiyyətlə komandadan uzaqlaşdığı xəbər verildi. 

"FutbolPress" həmin problem ətrafında müəyyən araşdırmalar aparıb. Nəticədə Jabanın karyerasında daha əhəmiyyətli məqamlar ortaya çıxıb.

Əvvəlcə söz açdığımız problem varədə:
Problem Braziliyada oynadığı sonuncu klub - "İtuano"da yaranıbmış. 2004-cü ildə oradan ayrılıb Türkiyə klubuna transfer olunanda klubuna 45545 dollar borcu olub. Sonradan borcu ödəsə də məlum olub ki, futbolçu məbləğin faiz hissəsini köçürməyib. 27 dekabr 2009-cu ildən 26 may 2010-cu  ilə qədər borcun faiz hissəsi yığılaraq 8648 İsveçrə frankı təşkil edib. 

"İtuano"nun 10 mart 2008-ci ildə FIFA-nın İdman Arbitraj Məhkəməsinə ünvanladığı məktub əsasında qurum AFFA-ya Jabanın lisenziyasının ləğv olunması üçün müraciət edib.

Buna görə də mayda futbolçu analoji problemlə üzləşib. Ancaq bu ilin iyul ayında borcu tam ödədiyinə görə ona tətbiq olunan sanskiya da qüvvəsini itirib. 

Futbolçu artıq "Bakı"dadı və əvəzedici heyətdə məşq edir. Klub rəhbərliyi və baş məşqçi Starkov bildirir ki, Jabanın köməyinə ehtiyac var. Onun yaxın turlarda əsas heyətə qayıdacağı gözlənilir.

Maraqlı:
Jabanın Braziliyadakı karyerası kifayət qədər uğurlu olubmuş. 2000-2003-cü illərdə Braziliya millisinin 20 və 23 yaşlardan ibarət yığmasında Kaka, Dieqo, Roşenbak, Everton kimi məşhur futbolçularla birlikdə oynayıb. U-20-də kapitan olub. 18 nömrəli formanı geyinib. Həmin heyətdə Kaka, Everton və Roşenbak da top qovub. 2002-ci ildə Jaba hətta Braziliyanın 3 ən yaxşı gənc oyunçusundan biri olub. Mütəxəssislərin səsverməsiylə sonradan məşhurlaşan Robinyo 1-ci ("Santos"), Dieqo 2-ci ("Santos") və Jaba ("Koritiba") 3-cü ən yaxşı perspektiv vəd edən futbolçu adını qazanıblar. 

Jabanın sonradan adıçəkilən məşhurlarla birgə Avropanın nüfuzlu klublarında oynamasının səbəbi özündədi. Millidən avtomobil qəzasına uğrayandan sonra uzaqlaşıb. Ümumiyyətlə o, vətənində intizamsız futbolçu kimi ad çıxarıb. Sonradan Jaba alkoqol aludəçiliyindən bir müddət müalicə almalı olub. 

Özünün dediyinə görə, yenidən normal həyata qayıtmasında ailəsi ona dəstək olub: "Mən uğurlarımı sürətlə intizamsızlığıma qurban verdiyimi anlayanda nə yaxşı ki gec deyildi. Ailəmin də mənəvi dəstəyi ilə yenidən öz üzərimdə çalışmağa başladım. Türkiyədən gələn təklif mənimçün sürpriz idi. Orada "Ankaraspor" və"Ankaragücü" klublarında özümü doğrulda bildim. Azərbaycanda da hər şey əladı. "Bakı"da özümü çox yaxşı hiss edirəm. Klub rəhbərliyi futbolçuların qayğısındadı. İstəyirəm "Bakı"nın böyük uğurları üçün əlimdən gələni edim".

Asəf ZEYNALLI


oxunma sayı: 950 | Paylaş:




?>