')

Bu gün:


FutbolPress.Az | FƏRİD UĞURSUZ OLSA DA...

FƏRİD UĞURSUZ OLSA DA...


oxunma sayı: 522 Paylaş:

İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə 28-ci beynəlxalq turnirə yekun vurulub. Yarışda Azərbaycan da daxil olmaqla 18 ölkədən 170 idmançı iştirak edib.

Turnirdə 2 qat dünya çempionu Fərid Mansurov da qüvvəsini sınayıb. Bu dəfə 74 kiloqram çəki dərəcəsində güləşən Mansurov nailiyyət qazana bilməyib. Əvəzində gənc idmançılarımız uğurla çıxış ediblər.

55 kq-da Elçin Əliyev qızıl, Qədir Süleymanov bürünc medal qazanıblar. 84 kq-da mübarizə aparan milliləşdirilmiş legioner Şalva Qadabadze də baş mükafata sahib çıxıb. Turnirə 60, 74, 90 kiloqram idmançıların yarışı ilə yekun vurulub. 60 kilonun həm "qızıl"ı, həm də "gümüş"ü bizə nəsib olub. Həlledici mərhələdə gənclər arasında Avropa və dünya çempionatlarının mükafatçısı Həsən Əliyevlə olimpiya 2-cisi Vitali Rəhimov üz-üzə gəliblər. Gənc və aqressiv Həsən gərgin mübarizədən qalib ayrılıb.

74 kiloqramda finala adlayan Rafiq Hüseynov bu mərhələdə Şeref Tüfenke müqavimət göstərə bilməyib. Rafiq hər iki hissədə uduzaraq, gümüşlə kifayətlənib. Millimiz komanda hesabında yalnız Türkiyədən geri qalaraq, ikinci olub.

 

 


oxunma sayı: 522 | Paylaş:




?>