')

Bu gün:


FutbolPress.Az | ÇEXLƏR REVANŞ ALDI

ÇEXLƏR REVANŞ ALDI


oxunma sayı: 607 Paylaş:

Futzal millimiz AÇ-də "bürünc"süz qaldı

Futzal üzrə Avropa Çempionatına uğurlu start verən milli komandamız qrupda birinci yeri tutaraq ¼ finalda futzal ənənələri olan Ukrayna ilə qarşılaşdı. Bu oyun gərgin keçsə də, əksər göstəricilərdə millimizin üstün olduğu aşkar idi.

Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatmışdı, penaltilərdə komandamız qalib gəlmişdi. Yarımfinala yüksələn millimiz Portuqaliya ilə də əsas vaxtda 3:3 oynadı. Bu dəfə bəxt amili rəqib tərəfdə oldu.

Buradək keçilən yolda ustalıq səviyyəsinə görə rəğbət qazanmış Joze Alesio da Silvanın komandası üçüncü yer uğrunda qrup mərhələsində darmadağın etdiyi çexlərlə münasibətləri müəyyənləşdirməli idi. Debretsendə keçirilən qarşılaşmada komandamızın fiziki yorğunluğu müşahidə olunurdu. Baxmayaraq ki, qələbə əzmi var idi, amma rəqib də revanş almaq üçün əlindən gələni edirdi. Komandamızın təcrübəli futzalçısı Biro Jadenin cəzalandırılması da oyuna mənfi təsirini göstərirdi.

İlk hissədə hesabda 2:1 üstünlük əldə edən millimiz ikinci hissədə iki qol buraxıb işi bir az da çətinləşdirdi. Belə bir məqamda bütün diqqəti hücuma yönəldən futzalçılarımız müdafiədə kobud səhvə yol verdi və çexlər iki top fərqi ilə önə keçdi- 2:4. Baş məşqçinin taktiki göstərişləri komandamızın daha bir qol vurmasına səbəb oldu- 3:4.

Azərbaycan komandasının belə bir vəziyyətdə itiriləsi heç nəyi qalmamışdı. Məşqçi hücum zamanı tez-tez qapıçı Tveryankini Tyaqu ilə əvəzləyirdi. Rəqib qapısı önündə bir neçə dəfə qol vəziyyəti yaradılsa da Fərəczadə və Borisov mütləq şansdan istifadə edə bilmədilər. Belədə, Tveryankinin oyunda olmadığı ərəfədə rəqib komandamızın hücumunun qarşısını alıb, sona 9 saniyə qalmış bütün ümidləri qırdı- 3:5.

Milli komandamız Avropa çempionatını 4-cü yerdə başa vurdu. Bütün hallarda bu, uğur sayıla bilər, amma daha yaxşısına layiq olmaq şərtilə...

İspaniya çempion oldu

P.S. Finalda İspaniya Portuqaliyanı 4:2 hesabıyla məğlub edib. Beləliklə, ispanlar 7-ci dəfə keçirilən qitə çempionatında beşinci dəfə çempion adını qazanıblar. Gümüş medallar protuqalların, bürünc isə yığmamıza qalib gələn çexlərə qismət olub.


oxunma sayı: 607 | Paylaş:




?>