')

Bu gün:


FutbolPress.Az | "RAYKAARDIN KOMANDASINDA OYNAMAQ MƏNƏ QÜRURDU" (Müsahibə)

"RAYKAARDIN KOMANDASINDA OYNAMAQ MƏNƏ QÜRURDU" (Müsahibə)


oxunma sayı: 591 Paylaş:

"Məmnuniyyətlə, "Qalatasaray"da bir neçə il oynayardım"

 

Superliqanın ən səs-küylü transferləri "Qalatasaray"dadı- Lukas Nil, Jo və Covanni Dos Santos. Sonuncunun "sarı-qırmızılılara" keçidi heç də asan başa gəlmədi. Xüsusən, komandanın baş məşqçisi Frank Raykaard Santosu heyətdə görmək istədiyini bildirincə, baş menecer Haldun Üstünel futbolçunun transfer hüququnun məxsus olduğu "Barselona"yla danışıqları bir az da intensivləşdirmişdi. Lakin Santos "Tottenhem"də icarədə olduğu üçün bir işi iki yerdə görmək məcburiyyəti yaranmışdı. Nəhayət, uzun sürən danışıqların bütün detalları razılaşdırıldı və meksikalı gənc forvard nəhayət, "Qalatasaray"lı oldu. Türkiyə mətbuatının rəyinə görə, bu transferin gerçəkləşməsində Raykaardın hələ "Barselona"da işləyərkən Santosla yaxın münasibətlərinin də rolu olub. Bu və digər maraqlı məqamlarla futbolçuyla müsahibədə tanış ola bilərsiz.

- "Qalatasaray"a keçidin klub tərəfdarları tərəfindən yüksək maraqla qarşılandı. Hələ hava limanında səni izdihamla qarşıladılar. Bu barədə təəssüratların necədi?
- Mənim üçün inanılmaz bir şey idi. Həyatımda belə xoş anları hələ yaşamamışdım. Belə sevgiylə qarşıladıqlarına görə, bütün "Qalatasaray" tərəfdarlarına təşəkkürümü bildirirəm. Bu mənim üçün bir mənəvi borcdu, çalışacam oyunumla onlara sevinc bəxş edim.
- Belə bir azarkeş sevgisinin, diqqətinin qarşılığında təbii ki, gözəl futbol da olacaq. Bu məsuliyyəti 20 yaşlı bir futbolçu necə dərk edir?
- Azarkeşlərə yaxşı oyun göstərməyim üçün belə hallar müsbət təsir edir. Amma əvvəlcə komandaya uyğunlaşmalı, adaptasiya prosesini düzgün qurmalıyam. Təbii ki, bu da bir az vaxt aparacaq. Çox böyük bir kluba transfer olunduğumu və yalnız burda daim əsas heyətdə oynamağın mənə uğur gətirəcəyini dərk edirəm. Bu da o deməkdi ki, əvvəlkinə nisbətən, indi daha çox çalışmalıyam.
- Qısaca, kluba transferin necə baş tutdu?
- Bu barədə baş məşqçimiz Frank Raykaard bir dəfə atamla görüşmüşdü. Daha sonra klub rəsmi səviyyədə mənimlə maraqlandığını bildirdi. Haldun Üstünel danışıqlara başladı. Mənə klubun hədəflərini açıqladı, bir az düşündüm və "Qalatasaray"a keçməyə qərar verdim.
- "Qalatasaray" haqda nə məlumatın var idi?
- Klub haqqında informasiyam kifayət qədər idi. Bilirdim ki, Türkiyənin ən güclü komandalarındandı. Həm də Çempionlar Liqasında, ya da Avroliqada "Qalatasaray"ın adına həmişə rast gəlmişəm. Ümumiyyətlə, "Qalatasaray"a keçidimə iki fərqli amil əsas rol oynadı: biri böyük klub olmağı, digəri isə böyük baş məşqçisi. Raykaard həm də çox yaxşı insandı. Onun rəhbərliyi ilə oynamaq mənə zövq verir.
- Sən "Barselona"da tanındın. Daha sonra İngiltərəyə üz tutdun. Orada şanssızlıq yaşandı, çox oynaya bilmədin. Bu şanssızlığın səbəbi nə idi?
- "Barselon"dan İngiltərəyə gedəndə böyük ümidlərim var idi. Məqsədim "Barselona"dakından daha çox oynamaq idi. Amma təəssüf ki, nə bunun üçün şas verildi, nə də istədiyim oyunu göstərə bildim. Məncə, əsas səbəb istədiyim başlanğıcı edə bilməməyim idi. Mən "Tottenhem"də özüm kimi oynaya bilmədim. Amma onu hər zaman deyirəm ki, "Barselona" kimi bir komandada futbolu öyrəndiyim üçün yaxşı oynaya bilərəm, sadəcə, bunun üçün bir az şans verilməlidi. Məzh bu amili nəzərə alıb, "Qalatasaray" gəldim. Burada əsas heyətdə daha çox oynaya bilərəm və özümü sübut etmək üçün kifayət qədər zaman və şərait olacaq.
- "Barselona"da ilk oyunun "Atletik Bilbao"ya qarşı olmuşdu. Bunu Frank Raykaard etmişdi. Sonra o da, sən də komandadan ayrıldız. İndi yenidən bir yerdəsiz...
- Bu mənim üçün çox önəmli bir fürsətdi. Həm də çox həyəcanlanıram. Raykaard haqqında nə vaxt, nə cür sual versələr, mən həmişə onun haqqında xoş sözlər deyəcəmə. Mənim peşəkar futbolçu olmağımda onun əvəzzsiz rolu olub. İndi bir yerdəyik və bildirim ki, Raykaardın komandasında oynamaq mənə qürurdu.
- Qaşıdan dünya çempionatı gəlir və sən milli komandayla mundialda iştirak edəcəksən. Bunun "Qalatasaray"dakı oyunlarına pis təsir edəcəyini düşünənlər də var...
- Bu bir reallıqdı və başqa variant mümkün deyil. Amma bir həqiqəti bilmənizi istəyirəm. Mənimçün milli komanda və ya çıxış etdiyim klubun heç bir fərqi yoxdu. Mən həmişə qarşıdakı oyuna hazırlaşıram, nə vaxtsa olacaq oyunlara və ya çempionata indidən plan qurub, ona görə hazırlaşmıram. Düşünürəm ki, bu baxımdan "Qalatasaray"dakı çıxışıma heç bir maneçilik olmayacaq.
- Bir az da futbolçu keyfiyyətlərin barədə...
- Meydanın mərkəzində və hücumun istənilən cinahında oynaya bilirəm. Amma futbolçunun hansı cinahda oynamağını baş məşqçi müəyyənləşdirir. Mən heç vaxt baş məşqçinin hansı cinahda oynamağım haqda göstərişinə bir əlavə etmək fikrində olmamışam. Ən yaxşısını məşqçi bilər.
- "Qalatasaray"da mövsümün sonunadək icarədəsən, burdakı hədəfin nədi?
- Ən əsası, bura lazımlı olmaq üçün gəlmişəm. Əgər mövsümün sonunadək yaxşı oynasam, rəhbərlik istəsə, məmnuniyyətlə, "Qalatasaray"da bir neçə il oynayardım.
- "Barselona"da, "Tottenhem"də və Meksika millisində 17 nömrəli formanı geyinmisən. "Qalatasaray"da 30 nömrəni seçdin. Bunda hansısa bir səbəb varmı?
- Bəli. Sadəcə, "Qalatasaray"da 17 nömrə boş deyil.


oxunma sayı: 591 | Paylaş:




?>