')

Bu gün:


FutbolPress.Az | Vaqif Cavadovun qarınağrı məsələsi

Vaqif Cavadovun qarınağrı məsələsi


oxunma sayı: 2071 Paylaş:

FutbolPress
anargerayli@gmail.com

Vaqif Cavadov yaxşı futbolçudu, vallah. O qədər yaxşıdı ki, artıq Hollandiyada top qovalamağa gedib. Mən ölüm, elə bilmə ki, Vaqif Hollandiyaya gedib deyə başlamışam onu tərifləməyə. Yox, elə deyil canımçün. Vaqif hələ Rusiya OMİK-də oynayandan bəri onu izləyirəm. Hətta açıq ürəklə deyə bilərəm ki, onun fanatıyam. Vaqif futzal yığmasının başdan-qulağa braziliyalılardan ibarət olmasına baxmayaraq qələbələrindən zövq aldığımız Azərbaycanımızda oynayandan belə mən onu qarabaqara izləyirdim. Təsəvvür edin, Bakıdakı bütün futbol adamları, jurnalistlər və ofisiantlarda mənim nömrəm var idi. Vaqif hara gedirdisə, mənə mesaj gəlirdi. Vaqif gəldi, Vaqif məşq edir, Vaqif çayxanadadır, Vaqif çay sifariş etdi, Vaqifə çay süzdülər, hər oxuyan Molla Pənah Vaqif, üzr istəyirəm, bu cümlə başqa yazının mövzusu idi, amma gecdi daha, silməyə ərinirəm. Fikrim var ki, doktorluq disertasiyamı "Vaqif Cavadov fenomeni" adlandırım.

Nəysə, sözüm onda deyil. Bundadı ki, mən Vaqifi indi də qarabaqara izləyir, onun bütün hərəkət və iş trayektoriyasına göz qoyuram. Sağ olsun ölkəmizin idman mətbuatı, Vaqifi yaxşı işıqlandırırlar. Hətta inanın ki, Vaqif tualetə də girəndə zəng edib jurnalistlərimizə bildirir nə işlə məşğul olduğunu.

Bu yaxınlarda da elə Vaqiflə bağlı şok bir məlumat eşitdim, dəhşətə gəldim, yazım, siz də gəlin.

Deməli, belə olub, Vaqif Hollandiyaya təzə çatdığı gün oraların havasına öyrəşmədiyi üçün əhvalı pisləşib. Təzyiqi qalxıb, şəkəri düşüb, ürəyi bulanıb, mədəsi təmizlənib və ən dəhşətli bir iş baş verib. Qarnı ağrayıb.

Təcili, əmisi İsgəndər Cavadova zəng edən Vaqif ondan "tetrasgilin" gətirməsini istəyib. Görüm elə xaraba qalsın "zanbaqlar ölkəsini", oralarda dava-dərman da tapılmır. Hə, bizim İsgəndər Böyüyün adaşı bir tabletka qarınağrı dərmanı alıb, təcili oturub Cahangir müəllimin "Boing"inə, uçub ora.

İsgəndər bəy uçmaqda olsun, sizə deyim Vaqifin qarnından. Vaqifin top qovaladığı "Tvente" klubunun həkimləri xəbər tutub ki, qazağıstanlı, ehh, özbəkistanlı, ehh azərbaycanlı futbolçunun qarnı ağrıyır. Tez qaçıblar Vaqifin villasına ki, bir əlac eləsinlər uşağın qarnına. Bərk dur, şok xəbər deyəcəyəm. Sən demə Vaqifin qarnını sağaltmağa gələn həkim ənənəvi holland imiş. Açıq desəm, gey imiş. Vay dədə, Vaqif bunu bilən kimi, əsl azərbaycanlı kişisi kimi beyni çönüb, nə çönüb. Həkimi evindən topu qovan kimi qovub və elə bu anda da qarnının sancısı yenidən başlayıb, tez cumub məlum yerə. Həkim gedən kimi Vaqifin "Tvente"dəki məşqçisi gəlib evə. İçəri girən kimi.... gül iyi vurub məşqçini. Deyir məşqçi qulağını tutub evdən elə qaçıb ki, hələ görən olmayıb onu.

İndi də başlayıb bizim qaramıza danışmağa ki, Azərbaycan futbolu gül iyi verir, nə bilim Azərbaycanlı futbolçular gülün içində itib-batır və s. sərsəmləmələr. Daha hamısın deyib səni dilxor eləməyim.

Həmin bu bayaqdan mənim yazdığım, sənin oxuduğun xəbəri ölkəmizdə ilk dəfə və ekskluziv olaraq azarkeş.az.dır idman agentliyi yayıb. (Özüm qəsdən agentlik yazıram ki, həşəmətli görünsün). Adı çəkilən agentliyin fədayisi Hətəm Tüktökməz günorta saat 1-də yuxudan duraraq, səhər saat 11-də bu xəbəri qoyub agentliyin baş səhifəsinə.

Daha sonra isə ölkəmizin ən pornoqrafik, çox üzr istəyirəm, oxunaqlı sualtı şahmat saytı olan götürAPArSPORT.azzzz saytı bu xəbəri dəyişdirərək tirajlayıb.

Məhz bu andan sonra ölkə dəyib bir-birinə, həyəcandan şalvarına, stəkanına, kasasına çay süzən kim, qorxudan ürəkbulanması tutan kim.

Məlumatı azarkeş.az.dır saytından oxuyan ölkənin ƏN HƏVƏSSİZ İDMAN SAYTInın sahibi Gecəgözlü Hədəbazov (bu oğlan götürAPArSPORT.azzzz saytına nifrət edir deyə ora baxmır, baxana da pis baxır) mədə pristupu keçirərək tez "mobilni"sindən yenə bizim ölkənin ən zırıltı həkimi, ehh hakimi, "Tank" Elçinin əzəli və əbədi düşməni Cavidan Babəkliyə zəng edib. Elə-belə, mırta. Onsuz da nə olsa, bu iki eloğlumuz bir-birinə xəbər verir. Cavidan Babəkli gözünə döndüyüm də götürüb MTN-ə müraciət edib bu məsələ barəsində. Yenə elə-belə mırta. Cavidan hakimin hobbisidir, deyir, MTN-ə müraciət eləmək.

Hə, az qala yadımnan çıxmışdı bu xəbəri kimin mənə dediyi. Xəbəri mənə şanlı-şərəfi respublikamızın ən çox yıxılan idman yazarı Lerik Lənkəranlı deyib. Özü də zəng edib dedi ki, imkanın olsa, dostumuz Elçin Cəlilovun saytında bir yazı qaralayarsan bu haqda. Mən də dostum-qardaşım-qaradaşım Lerik Lənkəranlının sözünü yerə salmayıb bu cızma-qaranı klaviaturaladım.

Mən öz borcumdan çıxdım. Siz də oxuyun çıxın, borclu qalmaq sarsaq şeydi.

P.S. Vaqifin qarınağrı haqq-hesabı isə yaxşı qutarıb. Əmisi bir güc-bəlayla "tetrasgilin"i aparıb çatdırıb. Dərmanı atan kimi isə Vaqifin qarnındakı ağrı xırrıt-xıpırrıt kəsilib. İtki yoxdur, düşmən cavab atəşi ilə susdurulub.

Yazarın bütün yazıları

oxunma sayı: 2071 | Paylaş:




?>