')

Bu gün:


FutbolPress.Az | GÜLƏŞÇİLƏRİMİZ "QIZIL QRAN-PRİ"DƏ İŞTİRAK EDƏCƏK

GÜLƏŞÇİLƏRİMİZ "QIZIL QRAN-PRİ"DƏ İŞTİRAK EDƏCƏK


oxunma sayı: 343 Paylaş:

Yanvarın 28-31-də Krasnoyarskda ikiqat olimpiya çempionu İvan Yarıginin xatirəsinə həsr olunmuş ənənəvi "Qızıl Qran Pri" turniri keçiriləcək. Nüzulu raışda güləş üzrə kişilərdən ibarət Azərbaycan yığma komandası da iştirak edəcək.

Artıq səfərə aparılacaq heyət müəyyənləşib. Millimizi bu beynəlxalq turnirdə Yaşar Əliyev, Namiq Sevdimov (hər ikisi 55 kq), Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 60 kq), Emin Əzizov, Cəbrayıl Həsənov (hər ikisi 66 kq), Əşrəf Əliyev (74 kq), Novruz Temrezov (84 kq), Mehman İmanquliyev, Cəmaləddin Maqomedov (hər ikisi 96 kq) və Maksim Proxorov (120 kq) təmsil edəcək. Yığmamız turnirə baş məşqçi Saypulla Absaidov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında yollanacaq.

Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərov və beynəxalq dərəcəli hakim Fərəqət Cəlalov da referi kimi ölkəmizin idman şərəfini qoruyacaqlar.


oxunma sayı: 343 | Paylaş:




?>