İKİDƏ-BİRDƏ 1/2 OLMAMIŞDI...
Paylaş:
Tarixi belə yazırlar! Futzal üzrə Avopa çempionatında vəsiqə qazanmaqla milli komandamız tarix yazmışdı... Mötəbər yarış Macarıstanda keçiriləcəkdi və yığmamız "ev" yiyəsiylə və Çexiya ilə eyni qrupda oynayacaqdı. Macarlar üzərində 3:1 hesablı qələbə yerli futzal həvəskarlarına Azərbaycan yığmasını bir qədər də sevdirmişdi. Rəqib osaq da, yığmamızın koloritliyi, gözəl oyun üslubu özünə sevgi qazandı. Çexiya ilə oyunda komandamız artıq bütün Avropanın diqqət mərkəzinə düşdü- 6:1. Yenə tarix yazıldı! ¼ finalda rəqib futbzalda ən güclü komandalardan sayılan Ukrayna idi. Hamı yarımfinal barədə düşünməyə çalışsa da, qayğılı görünməyə bilməzdi. ...Oyun başladı və 8 saniyə sonra rəqib şok effekti yaratdı. Səhvi Rizvan Fərzəliyev buraxmışdı, rəqib istifadə etmişdi. Fərzəliyev cəmi 3 dəqiqə sonra səhvini düzəltdi- 1:1. Matçın başa çatmasına 12 saniyə qalıb, hesab isə 3:3. Rusiyalı baş hakim ümid foullarını da vaxtında komandamızın əlindən almışdı, 6-cı cərimə, 10 metrlik zərbə demək idi. Hakim dediyini və bildiyini elədi. Qapıçımız, 42 yaşlı Andrey Tveryankin 3 qol buraxmışdı və yaxşı bilirdi ki, onun itiriləsi heç nəyi qalmayıb- xarakter göstərməliydi. Elə bilirsiz ki, rəqib oyunçunun topu qapıdan xeyli aralı vurmasında qapıçımızın ona özünəinamlılığı ilə psixoloji təsir etməsi rol oynamadı..? ...Və "bəxt oyunu" başladı. İki dəfə penalti qaytaran; az əvvəl yaşını və xarakterini qabartdığımız Tveryankin göstərdi. Tarixi belə yazırlar! Yığmamız yarımfinaldadı. Bu qələbənin doğmalığı ondadı ki, bütün istisnaların absurd olduğunu göstərdi. Bizim böyük futbolda baş bəlamız- legioner problemi, əcnəbi baş məşqçi... Amma Azərbaycan Futzal Federasiyası və ümumiyyətlə, futzalımızın ayaq üstə dayanmasında rolu olan hər kəs birlikdə göstərdi ki, doğru yol nə cürdü və hara aparır. Əsl komanda xarizmasını bəxş etdiyinizə görə, bu xalq SİZİN KOMANDAYA sayğısını bildirir! Yolumuz açıq olsun!
Federasiyanın prezidenti Zaur Axundov qitə çempionatında yarımfinalı hədəflədiklərini demişdi.
Həqiqətən, rəqib var-gücünü sərf edirdi ki, ən azı, debütanta uduzmasın.
...Komandamızın bu yerə layiq olduğu o vaxt hiss olundu ki, son 12 saniyədə də qol vurmağa vurnuxurdu.
| Paylaş: