')

Bu gün:


FutbolPress.Az | ELNUR MƏMMƏDLİNİN DÜNYA KUBOKUNA NİYƏ GETMƏMƏSİ MƏLUM OLDU

ELNUR MƏMMƏDLİNİN DÜNYA KUBOKUNA NİYƏ GETMƏMƏSİ MƏLUM OLDU


oxunma sayı: 491 Paylaş:

Elnur Məmmədlinin Dünya Kubokunda iştirak etməməsinə hakimlər qərar verib. Fanat.az xəbər verir ki, bu barədə cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ağayar Axundzadə sia.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Gürcüstanın Tifilis şəhərində baş tutacaq çempionatda əsas heyətdən heç kim iştirak etməyəcək. Baş məşqçi Məmmədlinin əməliyyatdan sonra artıq məşqlərə başladığını, ancaq hələ yarışlara qatılmayacağını bildirib:

"Biz Azərbaycan çempionatının mükafatçılarını da yoxlamaq istəyirik. Əsas heyət isə Fransada keçiriləcək yarış və təlimlərdə iştirak edəcək".
Yarışda iştirak edəcək heyətin necə nüəyyənləşdirildiyinə də toxunan Axundzadə "Azərbaycan çempionatına qatılan elə idmançılar var ki, yarışda iştirak edir və sonra məşqə də gəlmirlər. Ona görə yarışlara qatılacaq idmançıları məşqlərdə müəyyənləşdiririk", deyə qeyd edib.

Qaydalarların tez-tez dəyişməsinin Azərbaycan cüdo məktəbinə təsir etdiyini vurğulayan baş məşqçi yeni qaydalara öyrəşməyə çalışdıqlarını deyib.

"Bəs Dünya Kubokundan nailiyyət gözləyirsinizmi?" sualına Axundzadə "Bu idmançılarla məşqçilər hazırlıq keçiblər. Bu barədə heç nə deyə bilmərəm. Biz onlarla təlimlər keçməmişik", deyə cavab verib.

Yarışda 2 hakimimizin çıxış edəcəyini də deyən Axundzadə Rail Məmmədov və Vaqif Məhərrəmovun Dünya Kubokunda ədalət prinsiplərini qoruyacaqlarını bildirib. "Yarışın qaydalarına görə Gürcüstan turnirində hər ölkədən 2 nəfər hakim iştirak edə bilər. Digər hakimlər Tbilisiyə gedəcəklər, ancaq onlar yalnız yarışa baxacaqlar", deyə o vurğulayıb.


oxunma sayı: 491 | Paylaş:




?>