')

Bu gün:


FutbolPress.Az | ŞAHMAT FEDERASİYASI MÜKAFATLARINI TƏQDİM ETDİ

ŞAHMAT FEDERASİYASI MÜKAFATLARINI TƏQDİM ETDİ


oxunma sayı: 659 Paylaş:

Ötən il Azərbaycan şahmat üçün uğurlu olub. Kişilərdən ibarət yığma komandamız Serbiyanın Novi-Sad şəhərində keçirilən qitə birinciliyinin qalibi oldu. Böyüklərlə yanaşı, ötən il aşağı yaş qruplarında da uğurlarımız az olmadı. Belə ki, perspektivinə böyük ümidlər bəslənilən Günay Məmmədzadə Türkiyədəki Dünya çempionatında 10 yaşlılar arasında qalib adını qazandı.

Görüşdə Azərbaycan Şahmat Federasiyasının (AŞH) vitse-prezidentləri Faiq Həsənov, Mahir Məmmədov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi İskəndər Şəkinski, Mərkəzi Bankın nümayəndəsi Kamal Həsənov iştirak ediblər. Məsul şəxslər şahmatçıları və onların ailə üzvlərini qazanılan uğurlar münasibəti ilə təbrik ediblər.
Daha sonra Avropa və dünya çempionatlarında 5 müxtəlif əyarlı medal qazanmış 4 şahmatçımız mükafatlandırılıb. Tam siyahı aşağıdakı kimidir:

1. Qədimbəyli Abdulla (8 yaşlılar arasında Avropa çempionu), məşqçisi Elşad Orucov.
2. Əsədli Vüqar (8 yaşlılar arasında Avropa çempionatı III yer), məşqçisi Kənan Heydərli
3. Höccətova Aydan (10 yaşlılar arasında dünya çempionatının bürünc, Avropa çempionatının gümüş mükafatçısı) məşqçisi Samir Bədəlov.
4. Məmmədzadə Günay (10 yaşlılar arasında dünya çempionu), məşqçisi Rəsul İbrahimov.


oxunma sayı: 659 | Paylaş:




?>