')

Bu gün:


FutbolPress.Az | GÜLƏŞ YIĞMAMIZ UKRAYNADA

GÜLƏŞ YIĞMAMIZ UKRAYNADA


oxunma sayı: 517 Paylaş:

Bu gün Ukraynanın Zaporojye şəhərində yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir start götürür. İdman ustası Yevqeni Truxinin xatirəsinə həsr olunmuş turnir ənənvi xarakter daşıyır. 15-ci dəfə keçirilən yarışda Azərbaycan pəhləvanları da qüvvəsini sınayacaq.

Məşqçilər Nazim Əhmədov və Zöhrab Abbasovun rəhbərliyi altında turnirdə iştirak edəcək idmançıların adı belədir:Eldəniz Əzizli (50 kq), Qasım Məhəmmədov (55 kq), Rəsul Cunayev, Toğrul Yunisli (hər ikisi-66 kq), Niyaməddin İbrahimov (74 kq), Murtuza Tağıyev (84 kq), Araz Həsənov (96 kq) və Zaur Mehrəliyev (120 kq).

Yarışda ölkəmiz həm də hakimlikdə təmsil olunacaq. Belə ki, Sədi Quliyev xalça üzərində ədaləti qoruyacaq. Yanvarın 24-də yekunlaşacaq turnir, 2010-cu ildə keçiriləcək Avropa və dünya birinciliklərinə hazırlıq məqsədi daşıyır.

 


oxunma sayı: 517 | Paylaş:




?>