')

Bu gün:


FutbolPress.Az | KİMİ ALDADIRSIZ, TAHİR BƏY?

KİMİ ALDADIRSIZ, TAHİR BƏY?


oxunma sayı: 618 Paylaş:

(Portret yazı)

Əsas tamaşaçını ovsunlamaqdımı? Yəni insana süni olmaqdımı, yalan danışmaqdımı? Əgər budusa, Tahir Süleymanov işi yetərincə bacarıb...

Həmişə, gənc nəsli yaşlı nəslin həyata baxışı, reallığa münasibəti maraqlandırıb. Bu maraq adətən, böyüyə qarşı etirazçı, inkarçı mövqedə formalaşır. Sənin xarakterin yetişəndə anlayırsan ki, nəyi düz, nəyi yanlış edirsən.

Atam həmişə bir işi səhv elədiyimə görə məni cəzalandıranda əslində, nədə haqlı olduğumu dərk edərdim. Mənə toxunan hər cəzanın cavabındakı etirazımın şüurumda cəmlənən yükü, məni- şəxsiyyətimi formalaşdırıb. Düşünürəm ki, insanların hamısı belə formalaşır, şəxsiyyətə çevrilir. Amma... şəxsiyyətə qədər, fəlsəfə elmi deyir ki, insan bir fərd, sonra fərdiyyət olmağı bacarmalıdı. Çox çətindi eləmi? Oxuyursan ki, şəxsiyyət, fərd, xarakter və s. Bezirsən oxuduğun kitabdan. Düşünürsən ki, nə mənasız şeylərdi, hə..? Onsuz da insan böyüdükcə, oxuyur, işləyir, ailə qurur, karyeraya sahiblənir- bunlar onsuz da hər insanın öz bacarığına görə nəsibi olur da... Razıyam. Amma yalnız düşüncələrdə. Bu xülyalar yalnız xəyal kimi gerçəkdi...

Hörmətli Tahir müəllim, görürsüzmü, sizdən ən azı 15-20 il yaşca kiçik biri bu qədər qoca düşüncələrə dalıb.
Bilirsizmi niyə?
Yox, yanılırsız, o, buna məcbur deyil, nə də çalışmır ki, belə dəruni fikrilərə dalsın. Düşündürücü, bax, az əvvəl dediyim; özündən böyüyə olan marağın formalaşdırdığı etirazçı, inkarçı mövqedi... Mənim etirazım sizin kimi süni, süniliyi ilə özünü belə aldadan birisinədi Tahir bəy!

Axı niyə məni sıxacaq, özümdən əvvəl dünyaya gələnlərin dünyanı çirkaba bulaşdırdığını qəddarcasına bir səhnə kimi gözlərim önündə canlandıran biri olmalısız, Tahir bəy?!
Yox!
Köks ötürüb, bu sözlərdəki acı reallığı bir anlıq köksə ovutmayın..!
Rəhmətlik nənəm deyərdi ki, dərdimi insanlara açıb, dərdə salmaq istəmirəm. Yaxşı nəsihətdimi bu, dostlar? Bu, özünə əzab, qəsd deyilmi?!

Eeeh, ona görə şairlərdən xoşlanmıram da, bu cür insan faciələrini çox asanlıqla qafiyəyə salıb, şeiri üçün mövzu tapdığına sevinərlər, sonra üstünə bir qədəh vurub növbəti dəfə dünyanın faniliyindən şikayətlənərlər. Dərdi hərə bir cür çəkir...

Siz öz dərdinizdən də qafiyə qoşacaq qədər süni impulslarla cilalanmış bir insansız, Tahir bəy! Sizi tanıyıram. Bir həmsöhbət kimi. Çox danışmışıq: mövzumuzun müxtəlifliyi söbətimizin ömrü qədər, mahiyyəti isə bəsitliyi kimi...

Bu yazı da bu söhbətlərin bətninə sancılmış lənət oxudu. Yalanlarınızın üfunəti bağrı çatladır, qafiyə tapmayanadək etirazımı bildirəcəm...

...Düşünərdim ki, Tahir bəy futbola rəsmən qayıdırsa, ən azından öz ətrafında qaranlıqlar aydınlığa çıxacaq. Axı söhbətlərində görərdim bu həmahəngi, işıqlı yolu... Görünür, işıqlı yolu göstərmək daha asandı, nəinki o yolla getmək.
Asan yolu seçdi Tahir bəy.
Yenə də söhbətləşirik, yenə də yol göstərir. Amma yavaş-yavaş o yolların işığı da bezdirici olur. O nə "Neftçi"ni ayaq üstə qaldırandı, nə özünü. Tahir bəy daxilindəki səmimiyyətlə "səhnədəki obrazının" arasında çırpınır, tapa bilmir özünü. Çırpınacaq, tapa bilməyəcək. Onu yalanları, süniliyi "yeyib", tükədəcək.

...Deyə bilərsiz ki, bu cür böyük danışmağın hələ tezdi. Amma mən böyümədim. Tahir bəy onu kəşf etməyimçün çox kiçildi, balacalaşdı. Çox zaman istəmədi, tez "göstərdi" özünü. Həmişə onun bir sözü yadıma düşür: "İnqilab bir anda baş vermir, zaman onu həll edir". Çox sevirəm bu kəlməni Tahir bəy. Zaman daşı da həll edər, mayeni də, ancaq sizin inqilabdan- şüur inqilabından danışmağınız həll olunan "məhlul" deyil, buna əmin ola bilərsiz... Sizinçün futbol bitib!

E L Ç ! N


oxunma sayı: 618 | Paylaş:




?>