')

Bu gün:


FutbolPress.Az | Həftəbecər: Vaqif Cavadov

Həftəbecər: Vaqif Cavadov


oxunma sayı: 1461 Paylaş:

FutbolPress
aliyev.xandan@gmail.com

Vaqif Cavadov getdi. Hollandiyaya. "Tvente" klubuna.
Burda ağlamalı nəsə var? ...Amma "Qarabağ"ın dünən keçirdiyi toplantıdan sonra adamın- "hə, ağlamalı nəsə var" deməyi gəlir. Əmioğlu, deyəsən, bizdə futbolçu yola salmağı da bacarmırlar axı.
Əşşi, gedir getsin, daha bu romantik görüşmələr, yazılar, xəbərlər nəyə gərək? Onsuz da hər şeydə "şitini" çıxarmışıq, heç olmasa "eskimoslara" güldürməyək özümüzü.
Dostlar deyir, toplantıda deputat və Yazıçılar Birliyinin katibi Rəşad Məcid və Aqil Abbas da Vaqif üçün təşkil olunan görüşə təşrif buyurmuşdular. Başa düşmədim, onlar orda nə azıblar? Gördükləri işdəki məntiqsizliyi futbolumuza da siraət etməyə başlayıblar? Onların qulağına pıçıldamaq lazımdı ki, onsuz da Azərbaycan futbolunda məntiqsizlik kifayət qədər bar verib, ağacın başı nə qədər lazımdısa, o qədər əyilib, daha yerə soxmaq lazım deyil... Xüsusən, Aqil Abbasın futbol haqda danışmağından əzablı bir şey yoxdu, yenə çıxıb meydana?!
Əziz "Qarabağ" rəhbərliyi, başa düşürük, çalışırsız ki, yaxşı işlər görəsiz. Amma gördüyünüz bir iş haqqında o qədər danışırsız, o qədər göstərirsiz ki, camaatı hipnoz tutur, gözləri bir işi on bir görür... Hipnoz qədim sənətdi, bunu çox istedadlı adamlar bacarır, amma istəməzdim ki, istedadınızı camaatı biri on bir şəklində görməyə xərcləyəsiz.
Burda qəliz heç nə yoxdu, sadəcə, demək istəyirəm ki, Tahir Gözəl "Qarabağ"a rəhbərlik elədiyini, Qarabağa rəhbərliklə səhv salmasa daha yaxşı olar. Bilirsiz, bu millətin heysiyyatıyla çox "oynayıblar". ...Və zaman göstərib ki, heysiyyata toxunanlar heç də həmişə niyyətlərində xoşməramlı deyillər. Əgər bir işdə biznesmaraqlar varsa, o işdə millətin mənəvi dəyərlərindən istifadə etmək, işin içinə qatmaq yolverilməzdi. Nə olsun ki, Qarabağın "qaçqınlıq" "yarası" var, gərək bunu əldə rəhbər tutub, "Qarabağ"ı Qarabağa qatasan? İşin azarkeş tərəfinə qatışmırıq. Deyək, məhz qarabağlılar arasında təbliğat aparılmalıdı ki, komandaya azarkeşlik olsun. Amma əvvəla, qarabağlılar da yaxşı bilir ki, bu adın biri futbol komandasıdı, biri mənəvi dəyər. Tahir Gözəl artıq bunların arasındakı fərqi anlamamış olmaz- bu qədər deyiləndən sonra... Elə onun Aqil Abbası da, Rəşad Məcidi də...
Tədbir Vaqifin "Tvente"yə yola salınması məqsədiylə keçirilib, amma AFFA-nın baş katibi Elxan Məmmədov da orda olub. İndi mən desəm ki, ümumiyyətlə, "Qarabağ"ın keçirdiyi tədbirlərdə həmişə nəsə dəxli olmayan adamlar olur, deyəcəklər ki, kluba qarşı qərəziniz var. Vallah, qardaş, ayıbdı! Elxan Məmmədov işini yaxşı bilən adam olsaydı, Azərbaycan futbolunu Avropada biabır etməzdi. Bir "lipa" məsələsinə görə, bütün Avropa indi bizə gülür. İndi də gəlib Vaqifi yola salmağa. Heç dəxli var?! Bunun hansı etket qaydalarına uyğun gəldiyini belə, yozmaq olmur. Yoxsa, indidən bildirmək istəyir ki, Vaqif milli komandada yaxşı oynadığı üçün xaricə transfer olunub... Elədi ki var. İndidən Ramin Musayevin, "Premyer-Liqanın səviyyəsi qalxdığı üçün Vaqifi Hollandiya aldı" deməyinin qarşısını almaq məqsədi güdür Elxan Məmmədovun həmin tədbirə qatılmağı. Başqa ad vermək olmur buna. Bizdə belədi: ən yaxşı halda kimsə kiminsə acığına, əksinə, ziyanına hansısa bir işi görər...
Qaldı ki, Vaqif "Tvente"də "at oynadacaq" düşünən soydaşlarımıza; istəməzdim ki, belə sadəlövh düşünsünlər. Əsla, elə bilməyin ki, istedadlı futbolçumuzun karyerasına qərəzlə yanaşırıq, sadəcə, reallıq tam başqadı. Cavadov nərdivanın bir neçə pilləsini bir addıma aşmaq istəyir, amma bir neçə pilləni birdən aşmaq "zədələnmə" ehtimalını çoxaldır...

Yazarın bütün yazıları

oxunma sayı: 1461 | Paylaş:





?>