')

Bu gün:


FutbolPress.Az | "PEŞƏKARLAR" (VII FƏSİL)

"PEŞƏKARLAR" (VII FƏSİL)


oxunma sayı: 1442 Paylaş:

"Ulduzlar"ın qüsurlu sistemi və onun qurbanı Corc Best

(VII Fəsil)

* Peşəkar futbolçunun acı taleyi
* Tommi Louton və Uilf Mennyon - unudulmuş "ulduzlar"dı
* Xyu Qallaxerin faciəsi
* "Ulduzlar"ın qüsurlu sistemi və onun qurbanı Corc Best.

Çox təəssüf, lakin peşəkar futbolçuların yalnız az bir qisminin sənəti vardır. Nə vaxtsa, futbol liqasının prezidenti Co Riçards, futbol karyerasını başa vurandan sonra işləmək imkanı əldə etmək üçün 17 yaşından yuxarı olan hər hansı peşəkar futbolçunun asudə vaxtlarında müəyyən bir peşəyə, yaxud sənətə yiyələnməsindən ötrü nizamnamə işləyib təsdiq etmişdi. Bəzi oyunçular bu nizamnamədən istifadə edə bilmişdilər. İngiltərə yığma komandasının keçmiş meneceri Don Revi təcrübəli bənna oldu. Santexnik və elektrik diplomu almış Tom Finni, sanitariya texnikası və elektrik cihazlarının quraşdırılması sahəsində işləyib firavan həyat sürür. Ingiltərə yığma komandasının keçmiş kapitanı Billi Rayt televiziya şərhsçisi, bir qədər sonra isə hətta Birmingemdəki televiziya şirkəti idman şöbəsinin müdiri olmuşdur. Öz gələcək taleləri barəsində vaxtında narahat olan fərasətli peşəkar futbolçuların siyahısını uzatmaq olar.

Amma idman karyeraları bitən kimi qulağından tutulub çölə atılanların sayı daha çoxdur. Görünür, bunun səbəbi ondadır ki, oynadığı müddətdə bütün məsələlər üzrə qərarları futbolçunun əvəzinə klub qəbul edirdi. O, rahat evdə yaşayır, yol xərci ödənilir, onu şəhərdən şəhərə, yaxud ölkədən ölkəyə aparırlar, mehmanxanada yer sifariş verirlər, yedirib-içirdir, geyimini verirdilər. Təəccüblü deyildir ki, futbolçuların çoxu adi həyata çətinliklə alışırdılar.
Son 60 ildə ingilis futbolunun ən gözəl mərkəz hücumçulrından biri sayılan Tommi Louton məhz belə adamlardan idi. O, son dərəcə istedadlı idi, sanki anadan futbolçu doğulmuşdu. Hələ 18 yaşı olanda onun oyununa valeh olmuş, çox böyük məbləğ hesabına "Bernli" klubundan "Everton"a keçirmişdilər. Tomminin bütün maaliyyə məsələləri ilə babası məşğul olurdu. O, hətta klubun rəhbərlik ştatında nominal işlə də təmin olunmuşdu.
İdmançı istedadı hesabına ən güclü futbolçulardan biri olmaqla yanaşı, təbiət Loutona gözəl xarici görkəm və xüsusi əda da bəxş eləmişdi. Futbol oynadığı illərdə xoşbəxtlik daim onun yol yoldaşı idi. Onun populyarlığı illər ötsə də, azalmırdı. Hətta karyerasının son vaxtlarında oynayan menecer işləmək üçün Tommi Louton "Çelsi" klubundan 20 min funt alırdı. Tommi Loutonun təkcə adı minlərlə həvəskarı və pərəstişkarı maqnit kimi cəzb eləyirdi. Lakin Louton futboldan aralanan kimi tale ondan üz döndərdi. Ondan nə menecer oldu, nə də biznesmen. Onu biabırçılıqdan qurtarmaq üçün tələsik futbol matçı təşkil elədilər ki, bu oyundan əldə edilən gəlirin hesabına həddən aşmış borclarını ödəyə bilsin.

Daha bir parlaq misal - Uilf Mennyondur. 30 il əvvəl oyununu görənlər, ustalığına görə onu məşhur Kevin Kiqandan üstün tuturlar. Bu ustanı incə texnika, gözəl driblinq, santimetrinədək dəqiq ötürülmüş ötürmələr fərqləndirirdi. Bundan əlavə Louton kimi Mennyonun da gözəl zahiri görkəmi vardı, qızılı saçlarına görə jurnalistlər ona "qızıl oğlan" deyirdilər. Hələ yeniyetmə ikən o öz şəhərlərinin "Middlsboro" klubunda oynamağa başlamış və təbiidir ki, bu klubun bütün uğurları Mennyonun gözəl oyunu ilə bağlı olmuşdu. Sonra isə ona öz gələcəyini təmin edə biləcək iş təklif elədilə - "Oldhem atletik" klubunda oynayan menecer olsun. Lakin hər onun üçün düşündüyü kimi asan deyildi. Başqa komandaya keçmək üçün "Middlsboro" klubu çox böyük məbləğ tələb elədi ki, "Oldhem atletik" bunu ya ödəyə bilmədi, yaxud da ödəmək istəmədi. Mennyon tətil elan elədi.
"Middlsboro"nun heyətində oynamaqdan boyun qaçıran Mennyon tələb elədi ki, klubun heyətindəki çoxillik stajını və əməyini nəzərə alıb onu buraxsınlar. Tətilini bir neçə həftə davam eləyəndən sonra ona əmək haqqı vermədilər və bir qədər də dözəndən sonra cibində qəpiyi də qalmayan Mennyon təslim olmaq məcburiyyətində qaldı. O, kluba qayıdıb bir müddət də oynadı, lakin bir çox "ulduzlar" kimi idman karyerasını zibillikdə başa vurdu. Başgicəlləndirici idman karyerasından sonra o, peşəsi olmadığı üçün fabrikdə qara fəhlə işləyərək həftədə cəmi-cümlətanı 10 funt alırdı. Şöhrət zirvəsində onun hər şeyi vardı, amma elə ki hər ötdü, sonrası nə oldu? Boşluq, unudulmaq. "Qızıl oğlan" hazırda Louton kimi "qızıl günlərin" xoş təəssüratları ilə yaşayır.
Amma mənim fikrimcə, ən dəhşətlisi Xyu Qallaxerin faciəsidir. Futbolun tarixinə dair kitablarda, yaxud rekordlar qeyd olunan mənbələrdə onun adını asanca tapmaq olar, lakin bu, öz dövrünün ən görkəmli futbolçularından birinin həyatına bələd olmaq üçün əlbəttə ki, kifayət deyildir.
Qallaxer 1928-ci ildən 1939-cu ilə qədər oynayıb. Şotland şaxtaçısının oğlu olan bu futbolçu boyca hündür deyildi. Onun ailəsi çox kasıb idi, amma o zamanlar deyildiyi kimi Xyunun qızıl ayaqları vardı. Tezliklə gənc Xyu sensasiya doğuran bir hücumçu oldu. Boydan naqisliyini o fəndgirliyi və cəsarəti ilə kompensasiya etməli idi. Qallaxer 1927-ci ildə "Uembli" stadionunda İngiltərənin çox güclü ığma komandasına 5:1 hesabı ilə qalib gələn ən gözəl şotland komandalarından birində mərkəz hücumçusu oynayırdı.
Qallaxerin oyunu diqqəti cəlb elədi və onu tovlayıb İngiltərəyə gətirdilər. O, "Nyukasl Yunayted" klubu ulə müqavilə bağladı. Indi də bu klubda Qallaxeri əfsanəvi futbolçu kimi yad edirlər, lakin o, qəlbən şotland olaraq qalırdı. Şaxtaçılar onu "öz adamları" hesab edir və çox sevirdilər. Qallaxerdən sonra Şotlandiya ingilis futboluna Cek Milborn və Malkoln Makdonald kimi gözəl mərkəz hücumçuları bəxş tsə də, onlar indi də sizə deyərlər ki, Qallaxerdən güclü hücumçuları olmayıb. Milborn Qallaxer haqqında mənə deyirdi: "həyatımda balaca Xyudan gözəl hücumçu görməmişəm. Onun topu idarə etmək bacarığı fovqəladə idi. Onda vaxtı, topu və məsafəni hiss etmək qabiliyyəti ağlasığmaz idi. Mən onu Best və Rummenige ilə yanaşı qoyardım... "
Təəssüf ki, Qallaxerin zəif cəhətləri də vardı. O, səsli-küylü kampaniyalara meyl edir və həddindən artıq içirdi.
1930-cu ilin mayında klub bu sevimli oyunçunu 11 min funta satdığına görə futbol həvəskarları Nyukasl şəhərinin küçələrində şuluqluq salmışdılar. Görünür klubun müdriyyəti qərara alıbmış ki, daha Qallaxer kimi iğtişaşçının öhdəsindən gələ bilməyəcək. Amma o, bu klubda oynadığı 4 ildə rəhbərliyə 5 min funt gəlir gətirmişdi. Və budur, Xyu Qallaxer, Londonun o zaman sərsəri paytaxt ziyalılarının himayədarlıq etdiyi "Çelsi" klubuna gəlib düşür. Müəyyən mənada bu elə onun mühiti idi. O özü futbolda artist idi və əlbəttə ki, gecə klublarındakı sərsəri həyat tərzi onu cəzb edirdi.
Kasıbçılıqla böyüyən Xyu Qallaxer, birdən "kübar" həyata qədəm qoyur. Qallaxerlərin yaşadığı və onun şaxtaçı atasının açıq odun üstündə su qızdırıb "vanna" qəbul elədiyi sınıq-sökük daxmadan, Xyu zəngin London mənzilinə düşdü... Nə qədər ki, Qallaxer gənc idi, onun oyununa baxmağa xeyli həvəskar axışıb gəlirdi. Öz idman karyerası müddətində o, 350 qol vurmuşdu. Lakin zaman keçdikcə içki və pozğun həyat tərzi öz hökmünü verdi və "bəxtəvər" Qallaxer üzü aşağı yumbalandı - özünün ən yaxşı vaxtlarında belə 3 mindən artıq tamaşaçı toplamayan üçüncü dərəcəli "Geytşid" klubuna gəlib düşdü.
Pərdə enəndə Xyunun nə pulu qalmışdı, nə də dostları. Fabriklərin birində işə düzəlib yoxa çıxdı və pərəstişkarlarında heç biri daha onu xatırlmadı.
Lakin təəssüf ki, orada da içməyə davam elədi və bir gün axşam kefli halda hədsiz dərəcədə sevdiyi oğlunu vurdu. Keçmişin ən böyük futbol "ulduzu" Qallaxer məhkəmə qarşısında oturdu. Xyunun hərəkəti təsadüfi xarakter daşıyırdı, çünki hamı onun öz oğlunu necə atəşin məhəbbətlə sevdiyin bilirdi. Günahını yumaq üçün Qallaxer hər şeyə hazır idi. Bir zamanlar gözəl günlər keçirmiş Qallaxer haqqındakı xatirələrdən sarsılan düşgünləşmiş Xyu, dəmir yolu körpüsünün üstünə çıxıb özünü ötüb keçən qatarın altına atır.

(Ardı olacaq)
(VII FƏSLİN I HİSSƏSİ)

Frenk Teylor - "Peşəkarlar" (1985)
Materialdan istifadə olursa, "FutbolPress"ə istinad mütləqdi.

(I Fəsil)
(II Fəsil)
(III Fəsil)
(IV Fəsil)
(V Fəsil)
(VI Fəsil)


oxunma sayı: 1442 | Paylaş:




?>