')

Bu gün:


FutbolPress.Az | DEVİD BEKHEM MEYDANDA SOYUND U ! (FOTOLAR)

DEVİD BEKHEM MEYDANDA SOYUNDU! (FOTOLAR)


oxunma sayı: 718 Paylaş:

Seria A-nın ən maraqlı qarşılaşması Turində keçirildi. Yerli futbol həvəskarları "Milan"ın 0:3 hesablı qələbəsinin şahidi oldu. Həmin matçla əlaqədar İtaliya və Avropa mətbuatında "Yuventus"un belə hesabla məğlub olmasından çox Devid Bekhemin hərəkətləri müzakirə mövzusu olub. Belə ki, ingilis futbolçu qələbəni qeyri-adi jestlərlə qeyd edib. O, şortiki soyunub və yenidən geyinib. Əslində isə futbolçunun şortu cırılıbmış və o elə meydandaca onu digəriylə dəyişib. Bundan başqa bir neçə "hesablanmış" jestlər edən ingilis vunderkindin bu hərəkətlərini mətbuat mütəlif cür şərh edib. Hətta bildirilir ki, ötən il onu transfer etmək istəyində son anda imtina etməklə futbolçununu qəzəbinə tuş gəldiyi üçün indi o, "Yuvantus"a qarşı belə bir hərəkət edib.
Bu fotolar İtaliya mətbuatında manşetləri "məşğul" edib.
Xatırladaq ki, "Milan"da qolların ikisini son vaxtlar eniş dövrünü yaşayan Ronaldinyo, birini də müdafiəçi Alessandro nesta vurub. Bu qələbəylə milanlılar Seria A-da xal ehtiyatını 37-ə yüksəldərək turnir cədvəlindəki mövqeyini bir qədər də möhkəmlədib.



oxunma sayı: 718 | Paylaş:




?>