')

Bu gün:


FutbolPress.Az | Ən cazibədar futbol kişisi...

Ən cazibədar futbol kişisi...


oxunma sayı: 1478 Paylaş:

FutbolPress
gunaytac@gmail.com

Ötən dəfə aktual sayıldığına görə, yazım Şaxta Babaya məktub şəklində idi. Orda Şaxta Babaya buyurmuşdum ki, hədiyyə boxçasının içinə yığma komandamızın baş(ayaq) məşqçisi Berti Foqtsu da atıb gətirsin. Ümidimiz böyük idi... Amma nə Şaxta Baba gəldi, nə Foqts, nə Azadlıq meydanında atəşfəşanlıq oldu, nə də həmrəylik günündə millətimiz həmrəy oldu.
Axırıncı məsələni xüsusi, ciddi şəkildə deyirəm aa! Zarafat deyil, Bakı ötən il İslam Mədəniyyətinin Paytaxtı statusunu daşıdı, amma orda yəhudilər müsəlmanları eninə-uzunamasına qırır, elə bil biz heç müsəlman-filan deyilik...
Sözümün məğzini dəyişim ee.. Adama deyərlər, sən get öz dərdini çək. Taytuşların hərəsi bir yekəqarın, bığıburma Dədə Qorqud nəvəsinə ərə gedib, "mikrorayon tikməklə" məşğuldu, sən isə hələ də guyamış, idmandan nəsə yazırsan.
Amma Moşunun sözü olmasın: Yazajam! Söylünün təkrarı olmasın: Yaz, atam-anam saa qurvan, yaz!
Nədən yazım? Elə bizim futbolçu kişilərdən. Daha doğrusu, Azərbaycan futboluna aid kişilərdən. Bu haqda əvvəllər də müxtəlif ovqatda yazılar yazmışam. Görək bu dəfə başımıza nə gəlir.
Ağlıma gəlib ki, televizorda sifətini gördüyüm bir-iki futbol adamının xarici görünüşü barədə "diaqnoz" qoyum.
Biriminci diqqətimi çəkən Tahir Süleymanov olub. FutbolPress-dəki dostlarım bu kişinin adını yazılarımda hələ qəzet vaxtından tez-tez işlətməyimi birmənalı qarşılamadıqları üçün mən də ikimənalı işlədəcəm ki, nə şiş yansın nə də antrikot... Əvvəl-əvvəl diqqətsiz oxuculara səslənirəm: əgər indiyədək Tahir bəyin saç düzümünə və gülərkən mimikasına fikir verməmisizsə, çoooox nahaq, bundan sonra fikir verin! Hərdən televizorda göstərirlər, diqqətlə baxın. Şəxsən mən bir xanım kimi xoşbəxt olaram ki, Tahir bəylə qol-qola dənizkənarı parkda gəzintiyə çıxaq. Əgər, "Nə var e, bu qup-quru Tahirdə?!"- deyə, düşündüzsə, səhv elədiz. Xəbəriniz olsun ki, xanımlar belə saç düzümü olan kişiləri çox bəyənir.
Bir az da uzatsam, Tahir bəyin halı pisləşər, ona görə də keçirəm o birisinə. Yəni Xaqani Məmmədova! Yox... bu kişini ilk dəfə gülərkən görmüşəm, açıq deyəcəm, diksinmişdim. Televizorda hansısa verilişdə olmuşdu: gözlənilməz məqamda güldü və açıq-aydın göründü ki, bu adamın dişləri tökülüb, "protez" taxıb. Mən hələ də başa düşə bilmirəm, onu bu vəziyyətdə Hakimlər Komitəsinin sədri vəzifəsində niyə saxlayırlar..? Ondan sonra Xaqaniyə protest elan elədim.
Bir ara Ağasəlim Mircavadov babaya vurulmuşdum. O danışanda, məsələn, bir fikri tamamlayıb qurtaranadək, mən artıq onun qurmaq istədiyi növbəti cümləni ondan qabaq müəyyənləşdirirdim. Bu, mənim yalansa, üzümə lənət, ən sevimli məşğuliyyətim idi. Sonralar ondan da bezdim. Diqqətim yönəldi Kazbek Tuayevə. Bax, bu müddət ərzində elə-belə, məzə üçün yolum Çildağa düşəsi oldu, dilxoşluğa bir ay "Sarılıq" diaqnozuyla müalicə olundum, bir az da psixoloq müayinəsi-filan.. Amma şükür! İndi vəziyyətim normaldı. Psixi cəhətdən də hər şey qaydasındadı. Və bütün bunların Tuayevlə qətiyyən bağlılığı yoxdu...
Nə qədər ki ağlım üstümdədi, bir-iki nəfər barəsində də təəssüratlarımı bildirim, bitirək. Ramin Musayevin xüsusi futbol bilikləri haqda deyilənlər, ölkəmizin diyarlarında əfsanələşib, xalqın qan yaddaşına.. pardon, bu başqa yazıdan idi. Redaksiya əhlinin dediyinə görə, çox kövrək adamdı. Mən isə kövrək kişilərdən uzaq olmağa çalışıram. Ramin bəy, alınmadı, biz dənizkənarı parkda gəzintiyə çıxası olmadıq. Amma və ancaq. Vaqif Sadıqov şansını sınaya bilər. Çünki onun da "priçoskası" qəşşşəngdi... Bir az da səliqəli darasa, bəlkə onunla bir şəkil çəkdirdim.
Elxan Məmmədova isə hər şey yaraşır. Təkcə AFFA-dan başqa... Ümumiyyətlə, diqqətlə baxanda, hərdən onu özümə oxşadıram, özümü də ona. Nəysə, qəliz oldu. Görək Yünis Hüseynov qağa nə deyir. "Maa elə gəlir kın, "Karvan" çempion olajax, biz də ona tamaşa eləyijik"...
Əşşi, nəysə, bezdim eee...
Oooo! Şaxta Baba gəldi! Gedim hədiyyə boxçasını axtarım.

Yazarın bütün yazıları

oxunma sayı: 1478 | Paylaş:




?>