')

Bu gün:


FutbolPress.Az | "İNTELLEKTUALLARIMIZ" HİNDİSTANA UDUZDU

"İNTELLEKTUALLARIMIZ" HİNDİSTANA UDUZDU


oxunma sayı: 371 Paylaş:

Türkiyənin Bursa şəhərində keçirilən şahmat üzrə komandalararası dünya çempionatı davam edir. Azərbaycan komandası Ermənistam və Türkiyə komandalarına qalib gəlmişdi. Bu dəfə rəqib Hindistan idi.
Şəhriyar Məmmədyarov rəqibinə qalib gəlsə də, Vüqar Həşimov birinci, Tüymur Rəcəbovun isə ikinci lövhədə rəqiblərə məğlubiiyyəti komandanın ümumi hesabda uduzmasıyla nəticələnib.
Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanıb.

III tur, 7 yanvar

Hindistan - Azərbaycan - 2,5:1,5

1. Krişnan Sasikiran (2653) - Vüqar Həşimov (2759) - 1:0
2. Pentala Harikrişna (2672) - Teymur Rəcəbov (2733) - 0,5:0,5
3. Şekar Surya Qanquli (2654) - Qədir Hüseynov (2614) - 1:0
4. Qopal Narayanan Qeta (2584) - Şəhriyar Məmmədyarov (2741) - 0:1

Digər görüşlər:

Türkiyə - Ermənistan - 0,5:3,5
Rusiya - ABŞ - 3:1
Misir - Yunanıstan - 2,5:1,5
İsrail - Braziliya - 2,5:1,5

III turdan sonra Ermənistan 7,5 xalla birinci yerə yüksəlib. Məğlubiyyətə baxmayaraq, yığmamız 7 xalla İsrail, Rusiya və ABŞ-la birgə 2-5 yerləri bölüşdürür.

Komandamız sabah Rusiya ilə qarşılaşacaq.


oxunma sayı: 371 | Paylaş:




?>