')

Bu gün:


FutbolPress.Az | AZƏRBAYCAN - TÜRKİYƏ 3:1

AZƏRBAYCAN - TÜRKİYƏ 3:1


oxunma sayı: 488 Paylaş:

Türkiyənin Bursa şəhərində keçirilən kişi şahmatçılardan ibarət komandalar arasında Dünya çempionatında iştirak edən Azərbaycan millisi ikinci oyununu keçirib. İlk turda Ermənistanı məğlub edən "intellektuallarımız" bu dəfə ev sahibi Türkiyəni sınağa çəkib.

Şahmatçılarımızdan Qədir Hüseynov Mustafa Yılmazla, Nicat Məmmədov isə Burak Fıratla "sülh bağlayıb". Şəhriyar Məmmədyarov Əmrə Canı, Vüqar Həşimov isə Mert Erdoğdunu yenərək, millimizin 3:1 hesablı qələbəsini rəsmiləşdirib.
İki turdan sonra ABŞ yığması 6 xalla liderdir. Millimizin isə 5,5 xalı var və ikinci pillədə qərarlaşıb.

Azərbaycan - Türkiyə 3:1
1. Vüqar Həşimov (2759) - Mert Erdoğdu (2513) 1:0
2. Qədir Hüseynov (2614) - Mustafa Yılmaz (2478) 0,5:0,5
3. Şəhriyar Məmmədyarov (2741) - Əmrə Can (2442) 1:0
4. Nicat Məmmədov (2610) - Burak Firat (2413) 0,5:0,5

Digər görüşlər
Ermənistan - İsrail 2,5:1,5
Braziliya - Misir 2,5:1,5
Yunanıstan - Rusiya 2,5:1,5
ABŞ - Hindistan 3:1


oxunma sayı: 488 | Paylaş:




?>