')

Bu gün:


FutbolPress.Az | "LOKOMOTİV" UDUZDU

"LOKOMOTİV" UDUZDU


oxunma sayı: 296 Paylaş:

Qadınlardan ibarət "Lokomotiv" voleybol klubumuz "Çağırış Kuboku"nun 1/16 final mərhələsində ilk oyununu keçirib. Rəqib Polşanın "İmpel Qvardiya" klubu olub.
Vrotslav şəhərində keçirilən oyunda voleybolçularımız meydanı məlubiyyətlə tərk edib. Qızlar polşalılardan cəmi 1 set ala bilib. Bu komandalar arasında cavab görüşü yanvarın 12-də saat 21.00-da Bakıda keçiriləcək.
"İmpel Qvardiya" ötən ay CEV Kubokunun 1/16 final mərhələsində "Rabitə" ilə qarşılaşmışdı. İki görüşdə də rəqibindən üstün olan Azərbaycan təmsilçisi mərhələ adlamışdı - 3:1; 3:1.

Çağırış Kuboku
1/16 final

İmpel Qvardiya (Polşa) - Lokomotiv (Bakı) 3:1
(25:14, 21:25, 25:23, 25:9 )


oxunma sayı: 296 | Paylaş:




?>