')

Bu gün:


FutbolPress.Az | ŞOK!   LİXTENŞTEYN VƏ RUSİYA İLƏ OYUNDAN SONRA FUTBOLÇULARA NƏYİ SİRR SAXLAMAQ TAPŞIRILIB?

ŞOK!  LİXTENŞTEYN VƏ RUSİYA İLƏ OYUNDAN SONRA FUTBOLÇULARA NƏYİ SİRR SAXLAMAQ TAPŞIRILIB?


oxunma sayı: 789 Paylaş:

Futbolda qələbə qazanılan oyuna görə futbolçulara verilən mükafat ənənəsi  yeni deyil. Klub və yığma komanda səviyyəsində qələbə və vacib xal qazanılan oyunlarda futbolçulara pul mükafatı verilir. Bu proses Azərbaycan futbolunda da var. Ancaq bəzən həddi aşmış, ifrat formada... Qeyri-rəsmi məlumata görə klublar arasında qələbə qazanılan oyuna görə ən çox pul mükafatı "Neftçi" və "Xəzər Lənkəran" klublarındadı. Ancaq ümumilikdə ən yüksək məbləğ yığma komandaya aiddir.

Elə təəccübümüzə səbəb olan xəbər də məhz yığma komandayla bağlıdı- məlumatlı mənbə saytımıza çox maraqlı açıqlama verib. Belə ki, DÇ-2010-un seçmə qrup mərhələsində səfərdə Lixtenşteyn üzərində qələbəyə və "ev"də Rusiya ilə oyunda heç-heçəyə görə millinin əsas heyət oyunçularına 40.000, əvəzedici heyətinə isə 20.000 manat pul mükafatı verilib. Bu, Azərbaycan futbolu tarixində görünməyən olaydı. Birdən-birə futbolçulara belə məbləğdə mükafatın ayrılmasının absurdu özünü büruzə verib.

Həmin mükafatı alandan sonra yığma komandanın qapıçılarla işləyən məşqçisi bu pulla özünə "inomarka" alıb. Bundan başqa əsas heyətin bəzi imkanlı futbolçuları avtomobilini daha bahalısı ilə əvəzləyib. Əvəzedici heyətdən isə avtomobili olmayanlar yenisini alıb.

Xəbəri verən mənbə həmçinin bildirdi ki, AFFA futbolçulara bu mükafatın verilməsini və ya məbləği sirr saxlamağı tapşırıb. Maraqlıdı, niyə?


oxunma sayı: 789 | Paylaş:




?>