')

Bu gün:


FutbolPress.Az | ERMƏNİLƏR YENƏ BAKIYA GƏLİR?

ERMƏNİLƏR YENƏ BAKIYA GƏLİR?


oxunma sayı: 467 Paylaş:

Ermənistan Boks Federasiyası (EBF) Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vuya rəsmi məktub ünvanlayıb.

Bu haqda Ermənistanın "Novosti Armeniya"ya agentliyi xəbər verib. EBF-nin I vitse-prezidenti Derenik Qabrielyan Çinq-Kuo Vudan 2010-cu ildə Bakıda keçiriləcək gənclər arasında dünya çempionatında erməni nümayəndə heyətinin təhlükəsizliyini təmin etməyi xahiş edib.

Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev isə Lent.az-a açıqlamasında Ermənistan tərəfinə təhlükəsizlik təminatının veriləcəyini bildirib: "Başa düşə bilmirəm, EBF niyə bizə yox, AİBA-ya müraciət edib.

Hər halda, ermənilər dünya çempionatında iştirak etmək istəyirlərsə, yəqin ki, onlara təhlükəsizlik təminatı veriləcək. Çünki bu, 2010-cu il Yeniyetmələrin Sinqapur Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışdır. Onlar Bakıdakı dünya birinciliyində çıxış etməsələr, olimpiadaya yollana bilməzlər".

Bakıda keçiriləcək gənclər arasında dünya çempionatı 2010-cu il 20 - 30 apreldə baş tutacaq.
2007-ci ildə Bakıda keçirilmiş güləş üzrə dünya çempionatında da Ermənistan yığması mübarizə aparıb.


oxunma sayı: 467 | Paylaş:




?>