"NEFTÇİ" TƏLİM-MƏŞQ TOPLANIŞINI TELMAN İSMAYILOVUN BAZASINDA KEÇİRƏCƏK
Paylaş:
"Neftçi"nin qış fasiləsi dönəmindəki hazırlığı iki hissədən ibarət olacaq. Komanda yanvarın 8-də klubun bazasında bir araya gələrək hazırlığın ilk mərhələsinə start verəcək. İkinci mərhələ isə Türkiyənin Antalya şəhərində baş tutacaq. "Neftçi" PFK yanvarın 17-dən 28-dək Antalyada yerləşən "Mardan" İdman Kompleksində təlim-məşq toplanışı keçirəcək (Baza azərbaycanlı milyonçu Telman İsmayılovun Antalyadakı otel kompleksinə daxildi- red.). Komandamızın burada keçirəcəyi 4 yoxlama oyunundan birinin rəqibi müəyyənləşib. "Neftçi" gələn ayın 22-də Türkiyə Superliqasında çıxış edən "Antalyaspor"la qarşılaşacaq. Komandamızın yanvarın 19, 25 və 27-dəki rəqibləri isə hələ dəqiqləşməyib.
| Paylaş: