GÜLƏŞÇİLƏRİMİZ UKRAYNADA 8 MEDAL QAZANDI
Paylaş:
Dekabrın 26-da Kiyevdə Heydər Əliyevin xatirəsi və Dünya azərbaycanlıların Həmrəylik günü münasibəti ilə yeniyetmə sərbəst güləşçilər arasında I ümumukrayna turniri keçirilib. Turnirdə iştirak edən yeniyetmə güləşçilərdən ibarət yığma komandamız 4 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq yüksək nəticə əldə ediblər. Komandamızın üzvləri Məhəmməd Həsənzadə (42 kq), Məmmədhüseyn Həsənov (46 kq), Seyfəddin Şirəliyev (50 kq) və Aqşin Məmmədov (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, qızıl medal qazanıblar. Gümüş medallara müvafiq olaraq Məhərrəm Kərimov (54 kq) və Ramal Quliyev (58 kq), bürünc medallara isə Vurğun Əliyev və Rüfət Məmmədli (hər ikisi - 38 kq) layiq görülüb. Komandamız dekabrın 27-də saat 23.45-də Vətənə qayıdacaq. Xatırladaq ki, ulu öndər Heydər Əliyevin xatirəsi və Dünya azərbaycanlıların Həmrəylik günü münasibəti ilə yeniyetmə sərbəst güləşçilər arasında keçirilən I ümumukrayna turniri ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev, Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri Oleq Krapivin və Ukrayna Milli Bədən Tərbiyəsi və İdman Universitetinin rektoru Qriqori Dankonun təşkilatçılığı ilə keçirilib. mənbə: fanat.az
| Paylaş: