"BAKI" ANTALYADA "KARŞIYAKA" İLƏ QARŞILAŞACAQ
Paylaş:
"Bakı"nın baş məşqçisi Bülənt Qorxmaz və komandanın digər türkiyəli məşqçiləri "Qarabağ"la oyundan sonra vətənlərinə yola düşüblər. Baş məşqçi və digər məşqçilər komandaya yanvarın 3-də Antalyada qoşulacaqlar. "Bakı" Antalya toplanışı zamanı bir neçə yoldaşlıq oyunu keçirmək niyyətindədir. Artıq rəqiblərdən ikisi müəyyənləşib. Azərbaycan çempionu yanvarın 9-da 1-ci liqa təmsilçisi "Karşıyaka" klubu ilə qarşılaşacaq. "Bakı" eyni zamanda Rusiya Premyer Liqasında çıxış edən, həmyerlimiz Şahin Diniyevin də çalışdığı "Terek"lə yoldaşlıq oyununda qüvvəsini sınayacaq. Digər rəqiblərin adları isə yaxın günlərdə dəqiqləşəcək.
| Paylaş: