')

Bu gün:


FutbolPress.Az | Şaxta Babaya...

Şaxta Babaya...


oxunma sayı: 1080 Paylaş:

FutbolPress
gunaytac@gmail.com

...(Daldan) Qabaqdan yeni il gəlir! Bu, kiminçünsə bayram, kiminçünsə problem, cansıxıcı qayğılar deməkdi. Ancaq gəlir... Ovqatınızı pozmayın, ən azı, oxucularıma müjdədi ki, mən yenidən yazmağa başladım. Biz yenə də ünsiyyətdə olacağıq! (Allah kəssin qaynana səsini).
Bu bayramı əjdadlarımızdan miras qalan digər bayramlar kimi özümüzə doğma bilməsək də, həmişə kef-damaq içində qeyd edirik. Düzdü, builki bayram günündə də əhlikef möminlərimiz bir qədər qanıqara olacaqlar. Səbəb ki, məhərrəmlikdi, alkoqollu içkilər qadağandı!!! Əks halda, mömünlərimiz əstəğfürullah, meymun-filan olarmış...
Nəysə... Şaxta Babaya məktub yazmışam. Gəlin, məktubla sizi də tanış edim.
Çox hörmətli Şaxta Baba, ən birimincisi, səndən rica edirəm, Laplandiyadan gələndə, yolüstü Almaniyaya da "posadka" eliyərsən. Orda Berti Foqts adlı bir nemes var, Allah qoymasa, bizim futbol üzrə yığma komandanın baş(ayaq) məşqçisidi, hə, bax, onu da hədiyyələri doldurğun torbaya atıb gətirərsən. Heç olmasa, ayın 31-də burda olsun. Həmin günü azərbaycanlıların, ohh, mersi, bütün dünya azərbaycanlılarının həmrəylik günüdü! Qoy o da gəlsin, görsün ki, bizim camaat necə həmrəydi. Onsuz da onun ölkəsində bayram ayın 1-də geniş qeyd olunur, dekabrın 31-ni bizimlə keçirsə də olar. Axı nə qədər olmasa, AFFA bu adama ilinə 2 milyon avro verir, heç insafdandımı kəsilən duz-çörəyə xilaf çıxasan..?
Aha, AFFA demişkən, əziz Şaxta Baba, birdən Foqts gəlmək istəməz, buna görə darıxma ha, onun bu cür nazına öyrəncəliyik. Belə olsa, Azərbaycanda onunçün daırxdıqlarını de. Özü başa düşəcək onun üçün kimlər darıxır. İpucu kimi deyərsən ki, AFFA-da səninçün darıxırlar... Gördün inad edir, de ki, jurnalistlərimiz də onun həmrəylik günü və yeni il bayramlarını aramızda keçirməsinə canı-dildən şad olarlar. Həm də nə var oralarda, gəlsin, Bakının Azadlıq meydanında quraşdırılan möhtəşəm yolkanın ətrafında Elxançik Məmmədovla və Raminelli Musayevlə əl-ələ dövrə vurarlar və s. Hələ göydən üstünüzə süni də olsa, qar yağdırılacaq!
Hə, məhətərəm və qırmızısifət Şaxta Baba, heyrətlənmə, bizdə qar yağmasa, yeni il gecəsi süni qar yağdırılır. Hökümətimiz camaatmızın hər bir arzusunu dinləyir, duyur, yerinə yetirir. Bunun hamısı sosial iqtisadi inkişafın göstəricisidi. Foqtsun özü də xəbərdardı ki, bizim ölkə çox varlıdı. Neftimiz var, deməli, milyonumuz var. Biz hər şeyə qadirik, təbiət də bizimlə əks ola bilməz! Elə ötən ilin 31 debabrında da Azadlıq meydanında quraşdırılan 25 metrlik yolkanın ətrafında bayramlaşmağa toplaşan millətimizin əhvalı çox şad və xürrəm idi, həmin gün onların həyatında bircə qar çatışmırdı. Onu da hökümətimiz təşkil elədi, millətin başına qar yağdırıldı. O süni qar idi Şaxta Baba, milyonlarla pul xərcləmişdi o qarın yağdırılmasına...
Bu arada, sənə bir sirr açım, bura gətirməyini xahiş etdiyim Foqts ki var, hə, bax, bir növ, o da Azərbaycan futbolunun başına yağdırılan qardı- amma kül formasında. Eyni şeydi- hər iki yağıntıda xeyli pul xərclənib- neft pulları...
Belə. Sonuncu dediyimi o nemesə deməzsən haa! Birdən inciyib, heç əbədiyyən gəlməz buralara. Amma mütləq gətir onu. O sənin bizə ən yaxşı hədiyyən olar.
Gəl, hələ burda futbolumuz haqda maraqlı əhvalatlar danışacam sənə. Məsələn, sudyaların sudyası Xaqani Məmmədov, onun antonimi Tahir Süleymanoviç, hər ikisini köhnəlmiş variantı olan Gülağa Cabbarov dayı, yaraşığı gözümü qamaşdıran Elxan Məmmədov, Elxana oxşayan Tuyqun Nadirov, bunların heç birinə oxşamayan Ramin Musayev və s. və i.a.
Gəl başına qar ələyim, gəl...!

Yazarın bütün yazıları

oxunma sayı: 1080 | Paylaş:




?>