')

Bu gün:


FutbolPress.Az | "KORNER.AZ" KAMRANIN MÜKAFATINI TƏQDİM ETDİ

"KORNER.AZ" KAMRANIN MÜKAFATINI TƏQDİM ETDİ


oxunma sayı: 437 Paylaş:

"Korner.az" saytında keçirilmiş "İlin ən yaxşı oyunçusu" SMS-sorğusunun qalibi olan "Xəzər Lənkəran"ın və milli komandamızın qapıçısı Kamran Ağayevin bu gün mükafatlandırma mərasimi keçirildi. "UltrAslan Azərbaycan" dərnəyinin ofisində keçirilən tədbirdə 10-dan artıq müxtəlif media orqanının təmsilçisi, meyxana ustası, "Söz qalası" meyxana-şousunun qalibi Xəyyam və meyxanaçı dostları, Kamranın yetişməsində müstəsna xidməti olan İslam Kərimov, həmçinin "UltrAslan Azərbaycan" fan-klubunun üzvləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan "Korner.az" saytının baş redaktoru Saleh Arslan təşkilatçılıq işində göstərdiyi köməkliyə görə "UltrAslan Azərbaycan" dərnəyinə, şəxsən dərnəyin rəhbəri Ceyhun Əzizliyə minnətdarlığını bildirəndən sonra SMS-sorğunun nəticələrini qonaqların diqqətinə çatdırdı. O, Kamran Ağayevin 2703 səsin 1754-nü qazandığını və bunun ümumi səslərin 64.8 faizini təşkil etdiyini dedi. Mahir Şükürovla Vaqif Cavadov isə müvafiq olaraq 431 və 211 səslə ikinci-üçüncü yerləri tutublar. Qalan səslər digər namizədlərə verilib.

Qalibə "Korner.az"ın mükafatı təqdim edildi və bildirildi ki, "UltrAslan Azərbaycan" dərnəyinin rəhbəri Ceyhun Əzizli, dərnək üzvləri və tədbirdə iştirak edən meyxanaçılar da qalib üçün ayrı-ayrılıqda kubok hazırlatdırıblar. Bu mükafatlar da təsisçilər tərəfindən təqdim olundu, xoş arzular dilə gətirildi və söz meyxana ustalarına verildi. Xəyyamın açdığı qafiyəyə uyğun deyilən meyxana tədbir iştirakçılarının əhvalını daha da yüksəltdi.

Sonra Ağayevin ilk peşəkar məşqçisi İslam Kərimov millimizin "1 nömrəsi" səviyyəsinə yüksələn Kamranı kəşf etməsinin tarixçəsindən danışdı və əsas istedadların bölgələrdə diqqətdən kənarda qalmasından şikayətləndi, yerli məşqçilərin Azərbaycan futbolu üçün daha çox can yandırdıqlarını, amma özlərinə qarşı laqeydlik hiss etdiklərini vurğuladı. Tədbir "UltraAslan Azərbaycan"ın açdığı şirniyyat stolu arxasında davam etdirildi.


oxunma sayı: 437 | Paylaş:




?>