')

Bu gün:


FutbolPress.Az | MİLLİ KOMANDA İORDANİYA İLƏ OYNAYACAQ

MİLLİ KOMANDA İORDANİYA İLƏ OYNAYACAQ


oxunma sayı: 416 Paylaş:

Milli komandamızın fevralın sonlarında başlayacaq təlim-məşq toplanışının keçiriləcəyi yer müəyyənləşib.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən bildirilib ki, fevralın 22-dən martın 1-dək millimiz İordaniyada təlim-məşq toplanışı keçirəcək.

Hazırlıq prosesi çərçivəsində - fevralın 25-də millimizin İordaniya yığması ilə yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.
Qeyd edək ki, martın 3-də yığmamız səfərdə Lüksemburqla qarşılaşacaq.


oxunma sayı: 416 | Paylaş:




?>