')

Bu gün:


FutbolPress.Az | GÜLƏŞ YIĞMAMIZ UKRAYNAYA NİYƏ GEDİR?

GÜLƏŞ YIĞMAMIZ UKRAYNAYA NİYƏ GEDİR?


oxunma sayı: 390 Paylaş:

Dekabrın 26-da Kiyevdə Heydər Əliyevin xatirəsi və Dünya azərbaycanlıların Həmrəylik günü münasibəti ilə yeniyetmə sərbəst güləşçilər arasında I ümumukrayna turniri keçiriləcək.

Ölkəmizin Ukraynadakı səfirliyi, Ukraynada yaşayan azərbaycanlıların Konqresi və Ukrayna Milli Bədən Tərbiyəsi və İdman Universitetinin təşkilatçılığı ilə baş tutacaq yarışda seçmə komandamız da iştirak edəcək.

Azərbaycanı orada vitse-prezident Cavanşir Qurbanov, məşqçilər Vahid Məmmədov, Oqtay Hüseynov və Aslan Ağayevin rəhbərliyi ilə Arif Pənahov, Vurğun Əliyev, Rüfət Məmmədli (hər üçü - 38 kq), Məhəmməd Həsənzadə (42 kq), Məmmədhüseyn Həsənov (46 kq), Seyfəddin Şirəliyev (50 kq), Məhərrəm Kərimov (54 kq), Ramal Quliyev (58 kq) və Aqşin Məmmədov (85 kq) təmsil edəcəklər.


oxunma sayı: 390 | Paylaş:




?>