')

Bu gün:


FutbolPress.Az | "NEFTÇİ" TAHİR SÜLEYMANOVUN İSTEFA XƏBƏRİNİ TƏKZİB ETDİ

"NEFTÇİ" TAHİR SÜLEYMANOVUN İSTEFA XƏBƏRİNİ TƏKZİB ETDİ


oxunma sayı: 511 Paylaş:

"Neftçi"də prezident dəyişikliyi oldu. Əkbər Haciyev digər işlərinin çox olması səbəbindən vəzifəsini könüllü olaraq "Neftçi" İdman Sağlamlıq Mərkəzinin rəhbəri Sadıq Sadıqova təhvil verdi.

Dünən bu barədə "Əkbər Haciyevin "Neftçi"dən getməsinin əsl səbəbləri" sərlövhəli yazıda heç bir əlaqəsi olnasa da, yazılmışdı ki, Tahir Süleymanov da vəzifəsinfən kənarlaşdırılıb. Hətta onun yerinə Misir Əbilovun təyin olunacağı da xüsusi qeyd olunmuşdu.

Xəbərin əsassız olduğunu dəqiqləşdirmək çətin olmadı. Süleymanovun özü də bu məlumatın doğru olmadığını bildirdi. Bu gün isə klubun rəsmi saytında məsələyə aid bəyanat yerləşdirilib:

"Neftçi" PFK-da baş vermiş prezident dəyişikliyindən sonra saytlardan birində vitse-prezident Tahir Süleymanovun klubdan ayrılacağı haqda xəbər yazılıb. Bu, növbəti dəfə "Neftçi" PFK-ya qarşı düşünülmüş təxribatın nəticəsidir. "Neftçi" PFK olaraq bəyan edirik ki, bu xəbərin həqiqətə heç bir uyğunluğu yoxdur və klubda bütün işlər bir qayda olaraq yüksək səviyyədə görülür".


oxunma sayı: 511 | Paylaş:




?>