')

Bu gün:


FutbolPress.Az | "BAKI" VƏ "BOSTANLISPOR"UN "QARDAŞLIĞI" NƏ FAYDA VERƏCƏK?

"BAKI" VƏ "BOSTANLISPOR"UN "QARDAŞLIĞI" NƏ FAYDA VERƏCƏK?


oxunma sayı: 637 Paylaş:

Azərbaycan futbolunda 2004-cü ildən sonra başlanan "pul denominasiyası" uğurlu-uğursuz tərəfləriylə davam etməkdədi. Pul denominasiyası- yəni dövriyyədə olan pulun məbləğində rəqəmin arxasındakı sıfırların sayı artdı (Məsələn, əvvəllər maaş 100 dollar idisə, sonradan 100.000 dollar oldu və s.). Düzdü, bəzi klubların pullarında sıfırların sayı artsa da, işləri də sıfır oldu, getdi (Məsələn, "MKT-Araz", "Karvan" və s.). Amma bir az xatırlayaq, o vaxt "Bakı" ilk dəfə Azərbaycana braziliyalı, argentinalı futbolçuları gətirdi, onlar burada oynadılar və s. Yəni bu klubun rəhbərliyi xərclədiyi pulun sahibi olduğu üçün, qədrini bilir, işin faydasını görmək istəyir.

Fayda demişkən, bu xəbəri oxuyaq: "Azərbaycan çempionu "Bakı" daha bir xarici komanda ilə əməkdaşlığa başlayır. İndiyədək bir neçə Avropa klubu ilə belə münasibətləri olan paytaxt təmsilçisi Türkiyənin "Bostanlıspor" komandası ilə də "qardaşlaşıb".

Bildiyiniz kimi, "Bakı" indiyədək "Anderlext" və "Herta" klublarıyla da əməkdaşlıq müqavilələri bağlayıb. Əməkdaşlıq müqaviləsi həmişə yaxşı iş sayılıb, buna görə "Bakı" rəhbərliyinin çox pakizə bir fəaliyyət sərgilədiyini demək olar. Amma səhv eləmirəm, "Bostanlıspor"dan əvvəl, yuxarıda adı qeyd olunan klublarla da müqavilə bağlananda mətbuat dedi ki, "Bakı" filan klubla "qardaşlaşdı". Əgər bunu mətbuat hay-küy xatirinə yazıbsa anlaşılandı, yox, klub rəhbərliyi işi bu cür təqdim edibsə, onda bir az əndişələnmək olar.

Qardaşlaşmaq yaxşı haldı, lazımlı əlamətdi. Amma az əvvəl puldan, pullanmadan danışdıq. Razılaşırsız ki, pul olan yerdə qardaşlıq çətin və əziyyətli olur..? Xüsusən, bunun adı hansısa "Bostanlıspor"dusa...

Sizə səmimi deyirəm, Türkiyədə bir müddət olmuş və onların kütlə halında psixologiyasını tələbələrindən görüb götürmüşəm və belə bilmişəm ki, qardaş ölkə dediyimiz Türkiyədə yalnız patriotlar (hansı ki çox az bir hissəni təşkil edir) Azərbaycana, azərbaycanlıya "abi" deyir, onu əsl abisi kimi qəbul edir. Türkiyəli abilərimizdən başqa, yerli camaatın əksəriyyəti ticarətçi rəfəkkürlüdü, onlar yalnız partnyorlarıyla "abiləşir". Bir az da açıq desək, onlar al-ver elədikləriylə abidilər, başqalarıyla bilmirəm... Və düzgün də edirlər, çünki dünya hazırda kapitalizm quruluşundadı, "əzilməmək üçün əzməlisən".

Sual yarana bilər ki, məsələni bu qədər şişirtməyə nə ehtiyac: əməkdaşlıq müqaviləsi olmur, lap "qardaşlıq" olsun. Razılaşdıq, şişirtməyə lüzum yoxdu, amma bir bu sitata fakir verin: "Zeynal Məmmədov isə bu "qardaşlığın" artıq "Bakı"ya uğur gətirdiyini düşünür: "Avni bəy bizə uğur gətirib. Onun gözü qabağında iki çətin oyun keçirdik. Turnir cədvəlində 1-ci və 3-cü olan komandaları məğlub etdik. Bu qələbələr bizi 7-ci sıradan 4-cü pilləyə qaldırdı. O artıq bizim uğurumuzdur. Klubu "Bostanlıspor" da klubumuzun qardaşıdır. Artıq bizim İzmirdə də klubumuz var" (mənbə apasport.az).

Avni bəyin nə düşündüyü, planlaşdırdığı, hazırladığı və s. şəxsən mənə az-maz da olsa bəllidi artıq (dediyim kimi, türkiyəliləri daha tez tanya bilirəm, nəinki özümüzküləri), amma Zeynal bəy nə dedi və nə düşündü ki belə dedi? Olmaya, artıq bəzi məşqçilərimizdəki, klub rəhbərlərindəki ksenofobiya (ksenofobiya- həm də magiyaya inanma sayılır) "Bakı" rəhbərliyinə də dadanıb...

İnanmaq istərdik ki, belə deyil. Ən azı klubun prezidenti Hafiz Məmmədovun kimə qardaş və ya abi demək lazım olduğunu çox yaxşı ayırd edə bildiyini düşünürəm. "Bakı"da abilərimiz artır, viste-prezident, baş məşqçi, aşağı yaş qrupları üzrə məşqçilər abilərə həvalə olunub. Buna pis hal kimi baxmırıq, çünki gəldikləri yeri pis vəziyyətə qoymayıblar. Amma yəqin "Bakı" rəhbərliyi təkcə bunula kifayətlənməz: gəldikləri yeri pis vəziyyətə qoymayanlar Azərbaycanda da var. Bizə nə lazımdı? Lazımdı ki, xaricdən gələn abi, lap elə qeyri-abi, burada İŞ GÖRSÜN VƏ İŞİNİ NÜMAYİŞ ELƏTDİRSİN- sözdə yox, işdə!

P.S. Yaxşı bir lafımız da var: Arkadaşdı yalan deyən... Çalışmaq lazımdı ki, sabah abiciyin biri qayıdıb deməsin ki, "arkadaşdı yalan deyən, mən işlədim, amma alınmadı..."

Xəndan ƏLİZADƏ // FutbolPress.Az


oxunma sayı: 637 | Paylaş:




?>