')

Bu gün:


FutbolPress.Az | MİRBAĞIR İSAYEVİN İSTEFASININ PƏRDƏARXASI MƏQAMLARI

MİRBAĞIR İSAYEVİN İSTEFASININ PƏRDƏARXASI MƏQAMLARI


oxunma sayı: 834 Paylaş:

"Neftçi"ni "rahat buraxmayan" daha bir mövzu

Mirbağır İsayevin istefası ictimaiyyət üçün qaranlıq qaldı. Mətbuat da məsələyə səthi yanaşdı. Əvəzedici heyətə rəhbərlik edən bir məşqçi istefa vermişdi, sadəcə. Biz məsələyə daha qlobal yanaşmaq istədik və qazdıqca məlumat xəzinəsinin yerini düzgün təxmin etdiymizi anladıq. Mirbağır İsayevin özü daxil olmaqla, onlarala insanla danışdıq və səbəbkarın özü xaric, demək olar ki, hamısından yeni nəsə məlumat əldə etdik.

NECƏ GÖRÜNÜRDÜ?
Kənardan istefanın qəribəliyi qıdıqlama effekti yaratmaışdı. Yenicə əsas komanda xaricində bütün yaş qruplarına rəhbər təyin olunan məşqçi istefa vermişdi. Amma məhz əsas komandada olmaması məsələnin dərinliyinə enmək istəyənlərin sayını azaldırdı. Bu gün hətta Premyer Liqada çıxış edən komandanın baş məşqçisi istefaya göndəriləndə belə, işinin başında olmalı olan jurnalistlər məsələyə əhəmiyyət vermirlər. Ən yaxşı halda, iddialı komandanın baş məşqçisi istefa verməlidir ki, araşdırma aparsınlar, məsələnin məğzini öyrənsinlər. Mövzunun qoyulma formasına xəyanət etməmək üçün qayıdaq Mirbağır İsayevin istefasının kənardan görüntüsünə. İş guya İsayev komandanın son üç oyunda məğlubiyyətinə görə istefa veribmiş kimi təqdim olundu və bu axarla da ictimai rəy formalaşdı. Bura rəhbərliyin məşqçinin istefasını qəbul etmək istəməməsini də əlavə edib məsələni yaxşıca bəzədilər. Vəssalam. Bu gün kimi dindirsən fərdi olaraq bundan artıq informasiya əldə edə bilməzsən. Həqiqətən mənbələrin dediyini toplayıb uzlaşdıranda müəyyən təsəvvür formalaşır. Etdik və əməlli-başlı görüntü alındı.

NECƏ OLUB?
Mirbağır İsayev komandaya indi onun işini müvəqqəti yerinə yetirən Arif Əsədovun yerinə gəlmişdi. O Arif Əsədov ki komandanı çempionluğa daşımışdı. Maraqlıdır ki, Mirbağır İsayev gələn kimi həmin komandada təmizliyə başladı. Söhbət təmizlənən futbolçuların, Arif əsədovun komandasının yararszlığından getmir. İsayev komandanın yaşını azaltdı. Niyə belə etdiyini təxmin etmək olar. Amma bu barədə bir qədər sonra. Keçək rəhbərlikdə dəyişiklik olan məqama. Tahir Süleymanovun komandaya vitse-prezident təyin olunması İsayevin kreslosunu möhəmləndirdi. Süleymanov ona olan etimadı vəzifə əhatəsini artırmaqla göstərdi. Və çox az müddət sonra Mirbağır bəyin istefa ərizəsi elə həmin rəhbərliyin stolundaydı. Bəs nə baş vermişdi? Ardıcıl məğlubiyyətlər? Qətiyyən. Çünki «Neftçi» də daxil olmaqla heç bir Premyer-Liqa komandasını əvəzedici heyətin nəticəsi maraqlandırmır. Hərçənd İsayevin özünü dindirsəz, komanda uğursuz çıxış edirdi, mən də istefa verdim deyəcək. Bəs nəticə maraqlı deyidisə, səbəb nə idi? Bu proses daha əvvəllərə söykənir. «Neftçi» də daxil olmaqla, «Qarabağ»ı çıxmaq şərtiylə, digər Premyer-Liqa klublarının əvəzediciləri və aşağı yaş qruplarından ibarət komandaları təyinat üzrə işləmirlər. Necə? Əsas komandadan aşağıda yer alan bütün komandaların məqsədi əsas komandaya futbolçu verməkdi. Aşağı yaş qruplarından ibarət komandalarda iş ardıcıllığı ötürmələrlə gəlib əvəzedicilərə çıxır. Oradan isə futbolçu əsas komandada oynamaq imkanı qazanır. Bu gün «Neftçi», lap elə təkcə «Neftçi» deyil, hər hansı komanda əvəzedicilərindən, aşağı yaş qruplarından futbolçu götürürmü? «Qarabağ» istisna olmaqla. Qayıdaq «Neftçi»yə. Bu komandanın əvəzedici heyəti və digər yaş qruplarından ibarət komandalarında forma geyinən futbolçular ən yaxşılardı. Sizin digər komandalarda gördükləriniz də «Neftçi»nin yetirmələridi. Elə, həmin Qurban Qurbarov da güvəndiyi gəncləri «Neftçi»dən qoparıb, lap əccəb eləyib, amma bu, başqa söhbətin mövzusudu. Bəs Vaqif Sadıqov perspektivinə görə bütün komandalardan üstün sayılan əvəzedicilərindən niyə yararlanmır? Hətta bu gün heç kimin bəyənmədiyi və sözün həqiqi mənsında «maşennik» Gede də komandanın gənclərinə Sadıqovdan daha çox güvənirdi. Biz ümumi informasiya mübadiləsindən sonra belə bir fikrə gəldik ki, İsayev kimi karyerasının hər notunu diqqətlə izləyən, məqsədə doğru mərhələ-mərhələ addımlayan gənc məşqçi üçün ancaq məqsədə bu qədər yaxın bir problem olmalıydı ki, istefa versin. Daha sadə, İsayev gördüyü işin mənasızlığının, əsas komandaya başçılıq edən məşqçinin əziyyətlə yetişdirilən futbolçulara diqqətsizliyinin fərqinə varandan sonra bu addımı ata bilərdi. Bizə dedilər ki, «Neftçi»də əsas komandadan əlavə bütün kollektivlərə yaxşı şərait yaradıblar, təlim-məşqlər, səfərər-filan, bir sözlə, hər şey çox yüksək səviyyədə olub. Bunun komanda daxilindən yox, valideyindən öyrənmişik. Sadə bir sual: əgər Vaqif Sadıqov, yaxud komandanın başında olan hər hansı məşçi, nə bilim, Əli, Vəli və ya Pirvəli bu cür yüksək şərait yaradılan, min bir əziyyətlə lazımi səviyyəyə çatdırılan futbolçulardan istifadə etməyəcəksə, bütün bunlar nəyə lazımdı? Sən bir ətək pul tök, komanda düzəlt, onun üçün hər şəraiti yarat, axırda bəhrəsini başqası, elə, məsələn, «Qarabağ» görsün. Sizcə, bu, normaldı? Oynatmayacaqsınızsa, niyə yetişdirirsiz? Sən bağında min cür nemət becər, başqası gəlib çuval-çuval yığıb aparsın, ləzzətini görsün. Belələrinə uğursuz deyirlər. Mirbağır İsayev sözün həqiqəi mənasında, bir-iki oyunun nəticəsinə görə yox, böyük mənada uğursuz adıyla razılaşmadığı üçün istefa verib.
İkinci məsələ. Futbolçular. Proseslərin episentrinə lap yaxın mənbələr deyir ki, İsayev artıq futbolçuları oyuna kökləyə bilmirdi. Çünki futbolçular artıq başqa komandalar barədə düşünürdülər. Öz əsas komandalarından səs çıxmadığını görən gənc futbolçular onlar üçün nələrəsə hazır olan digər klublara müsbət cavab yönündə işarələr verirdilər. Və həmin andan etibarən onları artıq əsas komandasına düşmək ehtimallarnının olmadığı doğma «Neftçi»nin əvəzedici heyətininin uğurlarından çox daha cəbedici təkliflə çıxış edən yüksək dəstə klubunun təklifi düşündürürüdü. İsayev olmur, istəyir lap Kapello olsun, hünəri var, bu fikirlə oynua çıxan futbolçularla nəticə qazansın. Müxtəlif adamlarla söhbətdə bu məsələyə müxtəlif yanaşma görünür. Bir çoxu futbolçuları qınayır ki, onlar çörəyini yedikləri komandanın uğuru üçün tər tökmür, var güclərini ortaya qoymursa, ar olsun! Mən tam razıyam ki, bu, düzgün hərəkək deyil. Adam çıxış etdiyi komandasını, ailəsini hətta ac qalanda belə, atmaz. Amma bir də başqa yöndən yanaşaq. Karyerası başlamamış məhv olmaq ehtimalı yüksək olan gənc futbolçu əsas komandanın onu diqqətdən rədd etdyini, əsas komandada oynamaq şansının sıfıra bərabər olduğunu dərk edə-edə bu komanda uğrunda necə vuruşa bilər?! Futbol həm də iş, karyera və sözün həqiqi mənasında biznesdi. Həm də olduqca qəddar biznes. Heç kim gənc futbolçuya doğma komandasını sevdiyi üçün başqa komandalırdan imtina edib burda, əvəzdici heytədə oynadığına görə mükafatlandırılacağına, hətta unudulmayacağına təminat verə bilməz. Bu gün futbolçularına mənəviyyat dərsi keçən klublar özləri sabun köpüyündən başqa bir şey olmadıqlarını dərk etməlidirlər. Hər an dağılmayacağına təminat olmayan bu strukturlar gənclərə insanlıq, mənəviyyat dərsi vermək iqtidarında, ixtiyarında deyillər. Hesab eləyirəm ki, futbolçuları böyük mənada qınayanların fikrini müəyyən qədər dəyişə bildim. Futbolun inkişafında mentalitet, pafoslu çıxışlar yox, peşəkar yanaşma vacibdi.
Qayıdaq İsayevin istefasına. İkinci səbəb də aydınlaşdı. Mirbağır bəy özündən daha yuxarıdan qaynaqlanan problemin yaratdığı xaosa, məqsədsizliyə və futbolçuları kökləmək üçün bundan törəyən çətinliklərə görə istefa verib.
Sizcə, o, ani məqamda istefa verib? Qətiyyən. Şahidlərdən biri deyir ki, İsayev istefadan əvvəlki oyunun fasiləsində futbolçularına «əgər sizinlə işləməyə davam etməyimi istəyirsinizsə, çıxın, oynayın, qələbə qazanın» deyib və əlavə eləyib ki, «bunu etməsəniz, mənə inanmadığınız qənaətinə gəlib, istefa verəcəm». Futbolçular həmin oyunun uduzublar, amma əsas bu deyil. Əsas odur ki, qələbə üçün mübarizə belə, aparmayıblar və bu, İsayevin istefa qərarını qətiləşdirib.
Mən İsayevi şəxsən tanıyıram. O, avtotetinin tapdanmasına icazə verməz. «Barselona»dakı işini itirmək bahasına olsa, belə. Deyəsən, bunu onun başının üstündən məvacibə həqiqətən layiq olan kasıb gəncin əvəzinə Arif Əsədovun oğluna maaş yazdıranlardan başqa hamı bilir...

mənbə: ultrasport.az


oxunma sayı: 834 | Paylaş:




?>