')

Bu gün:


FutbolPress.Az | CƏNUBLULAR TƏLİM-MƏŞQİ ANTALYADA KEÇİRƏCƏK

CƏNUBLULAR TƏLİM-MƏŞQİ ANTALYADA KEÇİRƏCƏK


oxunma sayı: 536 Paylaş:

"Xəzər Lənkəran" 2009/10 mövsümünün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşacaq. Cənublular Türkiyəyə yanvarın 12-də yollanacaq və ayın 28-dək orada təlim-məşq toplanışında olacaq.

Klubun rəisi Səməd Mustafayev məlumat verib ki, dekabrın 24-də keçiriləcək "Muğan" oyunundan sonra komanda 17 günlük istirahətə buraxılacaq. Yanvarın 11-də yerli futbolçular Bakıda bir araya gələrək ertəsi Türkiyənin Antalya şəhərinə yola düşəcəklər.

Komandanın legionerləri ayın 12-də birbaşa təlim-məşq toplanışının keçiriləcəyi "Cornelia Resort" mehmanxanasına yollanacaqlar. Komanda yanvarın 28-də Azərbaycana dönəcək və iki günlük istirahətdən sonra Lənkərana yollanaraq, Premyer Liqanın XVIII turu çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" - "Standard" oyunun hazırlığına başlayacaq.

Məşqçilər korpusunun planına əsasən, Antalyada "Xəzər Lənkəran" üç yoxlama matçında qüvvəsini sınayacaq. Hazırda toplanışın təşkilatçıları komanda üçün sparrinq-rəqiblər axtarışındadır. Artıq yanvarın 23-də "Xəzər Lənkəran"ın Rusiya vitse-çempionu "Spartak"la qarşılaşacağı bəllidir. Yanvarın 27-də isə rəqib Rusiya Premyer Liqasının digər təmsilçisi "Saturn" ola bilər. Artıq bu barədə ilkin razılıq əldə olunub. Komanda yanvarın 20-də ilk yoxlama matçında kiminlə qarşılaşacağı isə hələlik bəlli deyil.

Bu arada "Xəzər Lənkəran" XVII turun hazırlıqlarına başlayıb. Dünən günorta saatlarında qonşu Lerikə yollanaraq birgə nahar edən və dincələn futbolçular bu gün saat 16.00-da məşqə çıxıblar.

 


oxunma sayı: 536 | Paylaş:




?>