')

Bu gün:


FutbolPress.Az | "NEFTÇİ"NİN ƏVƏZEDİCİLƏRİNƏ NAZİM ƏLİYEV MƏŞQ KEÇƏCƏK

"NEFTÇİ"NİN ƏVƏZEDİCİLƏRİNƏ NAZİM ƏLİYEV MƏŞQ KEÇƏCƏK


oxunma sayı: 344 Paylaş:

Mirbağır İsayevin gedişindən sonra "Neftçi"nin əvəzedici heyətinə yeni baş məşqçi postuna xeyli namizəd var idi. Klub rəhbərliyi yekunda bir müddət əvvəl "Terek"dən ayrılan Nazim Əliyevlə anlaşıb. Qroznı təmsilçisində Şahin Diniyevin köməkçisi qismində çalışmış mütəxəssis bu klubla yollarını ayırandan sonra yeni klubla anlaşıb. Əliyev bu gündən etibarən "Neftçi"nin əvəzedici heytətinin baş məşqçisi olacaq. O, bu postda Arif Əsədovu əvəzləyib.

Nazim Əliyev futbolçu kimi OİK (1983,1985), "Xəzər" (Lənkəran, 1984), "Araz" (Naxçıvan, 1985), "Gənclik" (Bakı, 1986), "Vosxod" (Rusiya, 1987), "Neftçi" (Bakı, 1988), "Xəzər" (Sumqayıt, 1989-93), "Neftçi" (Bakı, 1994-96), "Qarabağ" (Ağdam, 1995-96), "Dinamo" (Bakı, 1997-98), "Kimyaçı" (Sumqayıt, 1998-99) klublarında çıxış edib.

Məşqçi kimi U-18 (1998-99), "Neftçi" (Bakı, 2000), "Qarabağ" (Ağdam, 2001-04), Azərbaycan milli komandası (2007-08), "Terek" (əvəzedicilər, Qroznı, 2009), baş məşqçi kimi "Şəfa" (2004-05), "Ədliyyə" (2004-05), U-21 (2005-06), "Olimpik" (2008) klublarında çalışıb.


oxunma sayı: 344 | Paylaş:




?>