')

Bu gün:


FutbolPress.Az | "BARSELONA" 90 MİLYON AVROLUQ MÜQAVİLƏ İMZALADI

"BARSELONA" 90 MİLYON AVROLUQ MÜQAVİLƏ İMZALADI


oxunma sayı: 266 Paylaş:

Dünya futbolunun nəhənglərindən "Barselona"nın futbolçusu Tiyaqo Alkantara daha 4 il komandasının uğurları üçün çalışacaq. Kataloniya klubu 2013-cü ilə qədər müqavilə müddəti olan gənc oyunçunun sözləşməsini 2 il uzatdı.

Klubun rəsmi saytının verdiyi xəbərdə deyilir: "Barselona" Tiyaqo Alkantara ilə müqaviləsini uzatmaq məsələsində razılığa gəldi və oyunçu 30 iyun 2015-ci ilə qədər komandanın heyətində yer alacaq. Müqavilədəki sərbəst qalma məbləği 90 milyon avrodu".

20 yaşlı Alkantara ilə "Çelsi", "Vilyareal", "Roma", "Arsenal" və "Mançester Yunayted" kimi klublar yaxından maraqlanırdı.


oxunma sayı: 266 | Paylaş:




?>