"YUVENTUS" "QOL SİLAHI"NI GERİ ALDI
Paylaş:
Başa çatan mövsümün ikinci yarısında "Parma"ya icarəyə verilən və vurduğu qollarla diqqət çəkən Amauri yeni mövsümdən "Yuventus"un formasını geyinəcək. 31 yaşlı forvardın meneceri Campyero Poçetta açıqlamasında deyib: "Amauri Marotta üçün önəmli futbolçudu. Müqaviləsinin son ilində yenidən Turin klubunun heyətində çıxış edəcək". "Parma" forması ilə 11 matçda 7 qol müəllifi olan Amaurinin adı "Napoli", "Milan", "Palermo" və "Parma" ilə hallanırdı. Hətta "Palermo"nun prezidenti Maurisio Zamparini təcrübəli hücumçu üçün komandasına təklif irəli sürəcəklərini də bildirmişdi. Poçetta məsələyə belə münasibət bildirib: "İndiyə kimi bu barədə Zamparini ilə heç görüşməmişəm. Amauri hazırda istirahətdədi və qayıdan kimi "Yuventus"da oynayacaq". Amaurinin müqaviləsi 2012-ci ildə bitəcək.
| Paylaş: