VÜQAR HƏŞİMOV AVROPA ÇEMPİONATINDA 15-Cİ YERİ TUTUB
Paylaş:
Azərbaycan yığmasının lideri Vüqar Həşimov son 6 ayda ən pis nəticəsini göstərib. O, Polşada keçirilən sürətli şahmat üzrə Avropa çempionatında 15-ci yeri tutub.
İsveçrə sistemi üzrə keçirilən turnirdə beynəlxalq qrossmeysterimiz 13 oyundan 9,5 xal toplayıb. Müxtəlif ölkələrdən 697 şahmatçının qatıldığı qitə çempionatının qalibi adına isə rusiyalı Vladimir Malaxov (11,5 xal) sahib çıxıb.
| Paylaş: