')

Bu gün:


FutbolPress.Az | CANLI ƏFSANƏ "TANRININ ÖVLADI" OLDU

CANLI ƏFSANƏ "TANRININ ÖVLADI" OLDU


oxunma sayı: 141 Paylaş:

"Ayaks", "İnter" və "Arsenal" formaları ilə əfsanələşən sabiq futbolçu Denis Berkamp yeni mövsümdən Hollandiya klubunun baş məşqçisi Frank de Burun köməkçisi vəzifəsində çalışacaq.

Fevralda Hollandiya Futbol Federasiyasında məşqçilik dərslərini tamamlayan 42 yaşlı Berkamp son illərdə "Ayaks"ın aşağı yaş qruplarından ibarət komandalarında çalışırdı.

Özü də "tanrının övladı" olan Denis Berkamp 1986-1993-cü illər arasında 185 dəfə "Ayaks"ın formasını geyinmişdi. Daha sonra "İnter" və "Arsenal"da karyerasını davam etdirən təcrübəli forvard İngiltərədə sərgilədyi oyunu ilə futbol əfsanələri sırasına qoşuldu.


oxunma sayı: 141 | Paylaş:




?>