')

Bu gün:


FutbolPress.Az | ŞOK! FANATLAR KLUB RƏSMİSİNİN EVİNİ PARTLATDI

ŞOK! FANATLAR KLUB RƏSMİSİNİN EVİNİ PARTLATDI


oxunma sayı: 160 Paylaş:

Argentinanın köklü klublarından "River Pleyt"in azarkeşləri komandanın 110 iilik tarixi ərzində ilk dəfə yüksək liqanı tərk etməsini həzm edə bilmir. Onlar bu üzüntüyə görə klub rəhbərliyini günahlandırır. Artıq səbr kasaları daşan fanatlar bu gün "River Pleyt" rəsmilərindən birini öldürməyə cəhd göstərib.

Direktorlar şurasının üzvü Daniel Mankusinin evinə partlayıcı atılıb. Bomba blokun girişini və mənzilin qapısını sıradan çıxarsa da, xəsarət alan olmayıb. Mankusi hadisəni belə xatırlayır:

"Partlayış səsinə diksindik. Baxdıq ki, mənzilin ortası alışır. Məncə, bunu klubu istəməyənlər edib. İnanmazdım ki, belə şey baş verər. Çox narahatam, internetdə də evlərini partladacaqları klub rəsmilərinin siyahısını veriblər. Biz belə münasibətə layiq deyilik. Kluba gəldik ki, böhrandan çıxaraq. Nə etmək olar, alınmadı".


oxunma sayı: 160 | Paylaş:




?>