')

Bu gün:


FutbolPress.Az | MƏŞHUR MÜTƏXƏSSİS LA LİQAYA QAYITDI

MƏŞHUR MÜTƏXƏSSİS LA LİQAYA QAYITDI


oxunma sayı: 119 Paylaş:

La Liqa təmsilçisi "Rasinq" yeni baş məşqçisinə qovuşub. Santander klubunun rəsmilər tanınmış argentinalı mütəxəssis Ektor Kuperi komandanın başına gətirib. Təcrübəli çalışdırıcı 4 illik fasilədən sonra yenidən İspaniyaya qayıdıb. O, bu vəzifədə Marselino Qarsiya Toralı əvəzləyib.

55 yaşlı Kuper karyerası ərzində İspaniyanın "Malyorka", "Valensia", "Real" (Betis), İtaliyanın "İnter", "Parma" kimi klublarında işləyib.

Ektor Kuperin son iş yeri isə Yunanistanın "Aris" klubu olub.


oxunma sayı: 119 | Paylaş:




?>