PEŞƏKAR BOKSÇUMUZ NOKAUTA DÜŞDÜ
Paylaş:
Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov karyerasında üçüncü dəfə məğlubiyyətlə üzləşib. Əli Rusiyanın Sankt-Peterburq şəhərində WBO "Intercontinental" kəməri uğrunda döyüşdə yerli idmançı Denis Lebedevə uduzub. "Tayfun" klubunda keçirilən döyüşdə Lebedev ilk raunddan üstünlüyə yiyələnib. Əli ikinci raundda rəqibinə ciddi müqavimət göstərsə də, bu, uzun müddətli olmayıb. Döyüşün gedişində İsmayılova qüvvətli zərbələr vuran rusiyalı sonda istəyinə çatıb. Belə ki, üz nahiyəsində çoxsaylı çapıqlar yarandığından, boksçumuz 7-ci raundda döyüşü davam etdirməkdən imtina edib. Nəticədə Lebedev texniki nokaut sayəsində qələbə qazanıb.
| Paylaş: