')

Bu gün:


FutbolPress.Az | FATİH TƏKKƏ "ZENİT"DƏN GETMƏK İSTƏYİR, AMMA...

FATİH TƏKKƏ "ZENİT"DƏN GETMƏK İSTƏYİR, AMMA...


oxunma sayı: 666 Paylaş:

Şenol Günəşin "Trabzonspor"a gəlişindən sonra heyətlə bağlı islahatlarında əsas fikirlərindən biri də hazırda Sankt-Peterburqun "Zenit" klubunda oynayan Fatih Təkkəni Trabzona gətirmək tapşırığı oldu. Hətta Təkkə bir dəfə Türkiyəyə gəlib Günəşlə müəyyən danışıqlar aparmış, "Trabzonspor"un bir oyununu stadiondan izləmişdi.


Rusiya mətbuatı xəbər verir ki, Təkkə Türkiyədə oynamaq istədiyini bildirir, lakin futbolçu klubla 2010-cu ilin avqustunadək olan müqaviləsinin artıra biləcəyini da istisna etməyib. "Sport Ekspress" yazır ki, "Zenit"in hollandiyalı baş məşqçisi Dik Advokaatla Təkkə arasında münasibətlər heç də normal deyildi və bu səbəbdən onu əvəzedici heyətə göndərmişdi. Əvəzedici heyətin baş məşqçisi Anatoli Davudov Təkkəni bütün oyunlarda meydana buraxıb, onun formadan düşməməsində yardımçı olmuşdu. Təkkənin özü də Davudova minnətdar olduğunu bildirib: "Mən formada qalmağımda ilk növbədə Davudova borcluyam. "Zenit"də qalmaq lazım gəlsə, yalnız Davudovun bir sözünə görə qalaram".

Qəzet həmçinin xəbər verir ki, Təkkə vətəninə qayıdıb-qayıtmayacağı komandaya yeni təyin olunan baş məşqçi Luçiano Spalettinin qərarından asılı olacaq: "Mən "Zenit"ə bir Totti axtarışındayam"- deyə Spaletti açıqlamasında bildirib. Yaxın vaxtlarda bu "Tottinin" kimliyi bilinəcək. Əgər Təkkə Spalettinin rəhbərliyi ilə əsas heyətdə oynamasa, güman ki, futbolçu Günəşin yanına gedəcək, təbii ki, bosclu sandığı Davudovun xeyir-duası ilə...


oxunma sayı: 666 | Paylaş:




?>