"MUĞAN" "KARVAN"A QARŞI ƏSAS HEYƏTLƏ OYNAYA BİLMƏYƏCƏK
Paylaş:
Premyer Liqanın XVI turunun açılış oyununda Yevlaxa səfər edəcək "Muğan" "Karvan"la oyunun hazırlıqlarını başa vurmaq üzrədir. Almir Hurtiçin komandası gündə 1 dəfə olmaqla "Ədliyyə" stadionunda məşq edir. Salyan təmsilçisi ilk dövrədə 1:0 hesabı ilə qalib gəldiyi rəqibi ilə oyuna bir sıra itkilərlə hazırlaşır. Belə ki, zədələri olan Cavad Mirzəyev və Akeem Prestleyin "Karvan"la oyunda meydana çıxması sual altındadır. Həkim nəzarətində olan hər iki futbolçunun müalicəsi davam etdiyindən onların oynayıb-oynamayacağı oyun saatında bəlli olacaq. "Neftçi" ilə oyunda qırmızı vərəqə alaraq cəzalı duruma düşən Taqim Novruzovun sabahkı oyunu buraxacağı isə dəqiqdir.
| Paylaş: