')

Bu gün:


FutbolPress.Az | "FƏNƏRBAĞÇA"DA "COCA COLA" İÇƏN 1000 AVRO CƏRİMƏ ÖDƏMƏLİDİ...

"FƏNƏRBAĞÇA"DA "COCA COLA" İÇƏN 1000 AVRO CƏRİMƏ ÖDƏMƏLİDİ...


oxunma sayı: 616 Paylaş:

Türkiyə mətbuatının məlumatına görə, "Fənərbağça" rəhbərliyi intizam qaydalarına bir neçə bənd əlavə edib və yeni qaydalarda nəzərdə tutulur ki, klubun bazası olan "Samandra"ya kənardan içki və ya hər hansı qida daxil edərsə, bu hal aşkarlandığı təqdirdə futbolçu 1000 avro cərimə ödəyəcək.

Hətta bildirilir ki, Kolin Kazım "Coca Cola" içkisiylə bazaya daxil olmaq istəyərkən nəzarətçilər bunu qeydə alıb və intizam komitəsinə təqdim edib. Buna görə, futbolçuya cərimə kəsildiyi bildirilir.

Maraqlıdı, qonşu ölkə mətbuatı hətta iddia edir ki, Kazım məhz buna görə bir neçə dəfə şam yeməyini bazadan kənarda, restoranların birində edirmiş.


oxunma sayı: 616 | Paylaş:




?>