')

Bu gün:


FutbolPress.Az | ELNUR MƏMMƏDLİ AZƏRBAYCAN ÇEMPİONATINDAN KƏNARDA

ELNUR MƏMMƏDLİ AZƏRBAYCAN ÇEMPİONATINDAN KƏNARDA


oxunma sayı: 406 Paylaş:

Dekabrın 24-27də Sumqayıt Paralimpiya Kompleksində cüdo üzrə növbəti Azərbaycan çempionatı keçiriləcək. Yarışda yığma komandanın bir neçə əsas üzvü iştirak etməyəcək.

Onlardan Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli, Ramil Qasımov, Ramin Qurbanov və Kifayət Qasımova ölkə çempionatında güləşməyəcəklər. Hazırda adıçəkilən çüdoçular bərpa prosesi keçirlər.

Hər 4 idmançı müxtəlif vaxtlarda cərrahiyyə əməliyyatına məruz qalıblar. Pekin Olimpiadasının bürünc mükafatçısı Mövlud Mirəliyevin mübarizəyə qoşulacağı isə sual altındadır. Çempionat dekabrın 26-da yekunlaşacaq.

Xatırladaq ki, Elnur Məmmədli olimpiadadan bəri, yəni son 16 ayda heç bir yarışda qüvvəsini sınamayıb.


oxunma sayı: 406 | Paylaş:




?>